Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat. epineurium deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını (lat. vasa nevrosum) və sinir kötüyünü innervasiya edən sinir liflərini (lat. nervi nervosum) müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır.
Sinir | |
---|---|
Latınca | Nervus |
Sistem | Sinir |
Üzv | Beyin, Onurğa beyin |
Vikianbarda əlaqəli mediafayllar |
Sinir lifləri
Sinirləri təşkil edən sinir lifləri fizioloji cəhətdən müxtəlif olur; hər bir sinir lifi müəyyən qıcığı nəqletmə qabiliyyətinə malikdir. Sinir lifləri vəzifə etibarilə aşağıdakı növlərə bölünür:
- Reseptor və afferent liflər;
- Effektor ya efferent liflər;
- Qapayıcı liflər;
- Bitişmə ya komissural liflər – mərkəzi sinir sisteminin simmetrik nahiyələrini bir-birilə birləşdirən liflər;
- Damardaraldıcı hərəki liflər (lat. nn. vasoconstrictores).
- Damargenəldici hərəki liflər (lat. nn. vasodilatatores).
- Damardaraldıcı hissi pressor liflər (lat. nn. pressores).
- Damargenəldici issi depressor liflər (lat. nn. depressores).
- Sürətləndirici liflər (lat. nn. accelerantes)
- Tormozlayıcı liflər.
- Sekretor və ya ifrazetdirici liflər
- Trofik və ya qidalandırıcı liflər.
Sinir liflərinin mərkəzi sinir sistemindən çıxan hissəsinə kök – lat. radix deyilir. Bir çox nahiyələrdə sinrlər bir birinə şaxələr verir; bəzi yerlərdə bu rabitələrin sayı o qədər çox olur ki, nəticədə kələf – lat. plexus nervosus əmələ gəlir. Buraya onurğa beyni sinirlərinin ön şaxələrinin əmələ gətirdiyi kələflər (boyun kələfi, bazu kələfi və s.) daxildir.
Mənbə
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р.Д.Синельников. Атлас анатомии человека (4 тома)
Xarici keçidlər
- Anatomy: Embryologie
- Neuroscience for Kids
- The Human Brain Project Homepage Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine
- Kimball's Biology Pages, CNS Arxivləşdirilib 2010-01-03 at the Wayback Machine
- Kimball's Biology Pages, PNS Arxivləşdirilib 2010-01-03 at the Wayback Machine
- elektronenmikroskopische Bilder von Nerven