Sinekliz
Sinekliz - platforma əyalətlərinin ən iri mənfi strukturu; eni bir neçə 100 km-ə çatır; sahəsi 60-100 min. km2 arasında dəyişir; uzunsov, dartılmış və ya izometrik forma ilə səciyyələnir. Çökmə və vulkanogen - çökmə süxurların qalınlığı 3-5 km, bəzən hətta 8-10 km və daha çox olur. Sinekliz hududlarında platforma örtüyü süxurlarının yatımı sentriklinal tipli, qanadlarda olduqca az meyilli (bir neçə on dəqiqə) pilləli olur. Plitələrin ilkin başlıca elementi olub bir iri tektonik, adətən isə bir neçə tektonik tsikl ərzində inkişaf edir. Adətən sinekliz qalxım və çökəkliklərlə, sonuncu strukturlar isə öz növbəsində bənd və depressiyalarla mürəkkəbləşir.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.