Sincan (Oğuz)

SincanAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Sincan
40°56′41″ şm. e. 47°34′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 391 m
Saat qurşağı
Sincan xəritədə
Sincan
Sincan

Ehalisi-1673

Toponimikası

Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır.[1]

"Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır. "San" isə — "həyat, dirilik" deməkdir. "Sincan" — "can kimi", yəni "çox gözəl, çox səfalı, həyat nişanəli, əbədi yaşar" anlamına gəlir.

Tarixi

Tarixi abidələri

Kənddə yerli əhəmiyyətli memarlıq abidələrindən 4946 inventar nömrəli məscid və minarə var.

Coğrafiyası və iqlimi

Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 28 km cənub-şərqdə, Şəki-Qəbələ şose yolunun solunda yerləşir. Rayon mərkəzindən Xaçmaz, Filfilli, Mollalı kəndlərinə, Bakı şəhərinə və Qəbələ rayonuna gedən avtobuslar Sincandan keçir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət və iaşə obyektləri fəaliiyət göstərir.

Mədəniyyəti

Kənddə klub, kitabxana, poçt və 288 nömrəlik elektron ATS var.

Təhsil

Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə xəstəxana mövcuddur.

İstinadlar

  1. Sincan (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.