Alaqanqal
Alaqanqal (lat. Silybum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Alaqanqal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cardueae Yarımtriba: Carduinae Cins: Alaqanqal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İkillik ot bitkisi olub, latın dilində "Silybum" adlanır. Yazda alaqanqalın cavan yarpaqları və saplaqları yağ və sirkə ilə qarışdırılaraq salat kimi istifadə olunur. Toxumlarında 30%-ə qədər yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda ilə birlikdə qovrulub Novruz bayramında qovurğa və qovud (əzilib toz halına salınmış) kimi istifadə olunur. Cavan halda bitki mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında Adi alaqanqal növü geniş yayılmışdır.
Növləri
- Silybum eburneum Coss. & Durieu
- Silybum marianum (L.) Gaertn.
İstinadlar
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.