Silvinu Juan de Karvalyu

Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu.

Silvinu Juan de Karvalyu
port. Silvino João de Carvalho
Ümumi məlumatlar
Ləqəbi Jaba
Doğum tarixi
Doğum yeri Araripina, Braziliya
Vətəndaşlığı Braziliya Braziliya
Türkiyə Türkiyə
Boyu 168 sm
Çəkisi 66 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə Somaspor
Nömrəsi 10
Karyerası
Klub karyerası[* 1]
2001—2003 Braziliya Koritiba  ? (?)
2003—2006 Türkiyə Ankaraspor 83 (37)
2007—2009 Türkiyə Ankaragücü 58 (17)
2009—2012 Azərbaycan Bakı 60 (17)
2012 Türkiyə Antalyaspor 8 (1)
2013 Braziliya Araponqas 8 (0)
2014 Braziliya Yuventus Jaraqua-du-Sul 17 (7)
2014—2015 Azərbaycan Bakı 20 (0)
2015—2016 Türkiyə Kuşadasıspor 20 (15)
2016 Türkiyə Kurtuluşspor 13 (11)
2017 Türkiyə Qəbzəspor 11 (7)
2017—h.h. Türkiyə Somaspor 2 (0)
Məşqçisi olduğu klublar
2016 Türkiyə Kuşadasıspor

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 oktyabr 2017 tarixində redaktə olunub.

Həyatı

Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur.

Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb.

Karyerası

Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru. 2007-ci ildən isə Ankaragücünün şərəfini qoruyub. Ankara klubunun heyətində 61 oyunda 19 qol vurub. Məşhur transfermarkt.co.uk saytı ona 1 milyon 780 min avro qiymət qoyub.

Jabanın Ankaragücü ilə müqaviləsi 2009-cu il mayın 31-də başa çatıb və "Bakı" futbol klubuna transfer olub.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.