Sidi-Əqbə
Sidi-Əqbə (ərəb. سيدي عقبة) — Əlcəzairdə, Biskra vilayətində şəhər.
Sidi-Əqbə | |
---|---|
34°45′ şm. e. 5°54′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 53 m |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Sidi-Əqbə şəhərinin yaranmasından əvvəl müasir şəhərin yerləşdiyi ərazinin yaxınlığında müəyyən hadisələr baş vermişdir. Məğribin fəthindən sonra Əməvi valisi Üqbə ibn Nafe kiçik bir dəstə ilə yürüşdən qayıdırdı. Biskranın şərqindəki Tudı vahəsində bərbərlər onun dəstəsinə hücum etmişdir. Döyüş zamanı ibn Nafe öldürülmüş və cəsədi sonradan Sidi-Əqbə adlı vahəyə aparılmışdır. 686-cı ildə ibn Nafenin dəfn olunduğu yerdə onun məqbərəsi və adına məscid də daxil olmaqla binalar kompleksi tikilmişdir.[1][2] Coğrafiyaşünas və tarixçi Bəkri öz yazılarında göstərir ki, şəhərdə Haurka qəbiləsindən olan bərbərlərə və ibadilərə qarşı çıxan, sünniliyi qəbul edən qureyş qəbiləsindən olan ərəblər yaşayırdılar.[3]
Coğrafi mövqe
Sidi-Əqbə Əlcəzairin paytaxtından 300 km cənub-şərqdə, Biskra şəhərindən 18 km şərqdə yerləşir. Dəniz səviyyəsindən 53 metr yüksəklikdədir.[4]
Əhalisi
2012-ci ildə əhalinin sayı 34 985 nəfər olmuşdur.[5]
İstinadlar
- Аникин В. И. , Вайлов А.М. Историческая трансформация стран Магриба (алжирский вариант). "Издательство ""Проспект""". 2016-02-12. ISBN 9785392202126.
- "Краткий очерк по истории Алжира". www.netref.ru. 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- "A Street, Sidi Okba, Algeria" (ingilis). 1899. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- "Land Cover Classification (1 year) | NASA" (ingilis). Land Cover Classification (1 year) | NASA. 2017-11-01. 2016-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- "GeoNames.org" (ingilis). www.geonames.org. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.