Sicim

Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar[1].

Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu [2]. Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.

Həmçinin bax

İstinadlar

  1. Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.71.  (rus.)  (ing.)
  2. Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. IV cild, səh.111.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.