Siciliya boğazı

Siciliya boğazı (it. Canale di Siciliya)- Afrikanın şimalında yerləşən Bon yarımadasını Siciliya adasından ayırır. Boğazın eni təqribi 160 km, dərinliyi 316 m təşkil edir. Aralıq dənizinın Şərq və Qərb hövzələrini birləşdirir. Dərinlikdə axınlar şərqdən qərbə, səthdə isə əksinədir. Bu hadisə Okeanologiya elmi ilə məşğul olan alimləri özünə cəlb edir. Bölgədə yerləşən Pantelleriya adası Afrikadan gələn miqrantları qəbul edir. Ada İtaliyanın ərazisidir. Gələn qaçqınların bir çoxu Avropaya çatmamış qayıq və ya gəmi qəzalarında həlak olur.

Siciliya boğazı
it. Canale di Siciliya
Ümumi məlumatlar
Eni minimum 160 km
Ən böyük dərinliyi 316 m
Yerləşməsi
37°18′00″ şm. e. 12°00′00″ ş. u.
Ölkələr
Akvatoriyası
Ayırır Bon yarımadasını və Siciliya adasından
Siciliya boğazı xəritədə
Siciliya boğazı
Siciliya boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.