Sibiryakov adası (Krasnoyarsk diyarı)
Sibiryakov adası — Kara dənizinin cənubunda, Yenisey körfəzinin girəcəyində yerləşən nisbətən iri ada. Ada Şərqi Sibir ilə Qərbi Sibir adasında yerləşir. Adanın sahəsi 800 km² təşkil edir. Nils Adolf Eruk Nirdenşeld adanı Aleksandr Mixayloviç Sibiryakovun şərəfinə adlandırmışdır (1878)[1]
Sibiryakov adası | |
---|---|
rus. Остров Сибирякова | |
Ümumi məlumatlar | |
Sahəsi | 800 km² |
Uzunluğu |
|
Eni | 27 km |
Hündür nöqtəsi | 50 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
72°54′00″ şm. e. 79°11′00″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adada daimi yaşayış yoxdur. Sahilində balıqçı düşərgələri vardır.
İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində daxildir. Adanın ərazisi Böyük Arltik qoruğuna daxildir. 1959-ci ildə adada М. А. Lavrentevin ekspedisiyası işlər görmüşdür[2].
Coğrafiyası
Taymır yarımadasından Yenisey körfəzi ilə ayrılır. Burada en 36 km-dir. Qdansk yarımadası və Oleniy adasından Ovsin boğazı ilə ayrılır. Burada minimal 37 – 30 km arasında dəyişir. 16 km şimalda Nosok adası yerləşir.
Sahilləri düzənlikdir. Cənub-qərb və cənub-şərqində buxtalar vardır. Oktyabrdan iyula qədər buzla örtülü örtülü olur.
Ərazisində Tundra bitkiləri yayılmışdır. Maksimal hündürlük 50 metrdir. Ada kiçik çaylarla zəngindir. Ən uzun çayı Qlubokayadır. Uzunluğu 18 metrdir. Kiçik gölləri vardır.
İstinadlar
- Географический энциклопедический словарь, Москва, 1986
- "KARA DƏNİZİNİN BUZLAQLARI". 2014-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-16.