Sibir tarixi

Sibir tarixiSibirin keçmişi.

Daş dövrü

Xaqanlıq dövrü

709-cu ildə Bilgə xaqanın komandanlığı altında qırğız qəbilələri məğlub edildi. 711–715-ci illərdə qarluqlar üzərində qələbə çaldı. 716-cı ildə Qapağan xaqanı oğuzlar öldürdü. İltərişin oğlu Bilgə xaqan (716–734), qardaşı Gültəkin ordu komandanı, Tonyukuk baş vəzir oldu. Bilgə xaqanın əsas fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi. II Göytürk imperatorluğunun ərazisi şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinəKrımın şərqinə, şimalda Sibir buzlaqlarına, cənubda Kəşmirə çatırdı. 726-cı ildə Tonyukuk öldü. 731-ci ildə Gültəkin Doğuz oğuzlarla döyüşdə həlak oldu. 734-cü ildə Bilgə xaqanı zəhərləyib öldürdülər. Hər üç türk dahisinin qəbri üzərində abidə qoyulmuş, bu abidələr dövrümüzə qədər gəlib çıxmışdır. II Göytürk imperiyası 744-cü ildə dağıldı. Ötükəndə Uyğur dövləti yarandı.

Çingiz xan dövrü

Çingiz xan Cənubi SibirMərkəzi Asiyanın köçəri tayfalarının hərbi-feodal dövlətini yaratdı. Onun oğlu Cuci Sibirin köçəri tayfalarını mərkəzi dövlətə birləşdirdi. Baykal gölünün sahilində yaşayan buryatlaryakutlar, daha sonra uyğurlar Monqol dövlətinə birləşdirildilər.

XVI əsr

Qazan xanlığının ruslar tərəfindən işğalından sonra Yadigar xan könüllü olaraq rus təbəəliyini qəbul etmişsə də, Çingiz xanın nəslindən olan Küçüm xan Yadigar xanı məğlub edərək 1563-cü ildə Sibir xanlığını da öz əlinə keçirmiş, Türk (tatar) boyları arasında İslam dinini yaymış, bu məqsədlə Buxara xanı Abdullah xana müraciət edərək İslam dinini öyrədən xocalar göndərilməsini xahiş etmiş və Buxara xanı tərəfindən buraya din alimləri və şeyxləri göndərilmişdir. Və beləliklə, Küçüm xanın səyi nəticəsində Sibir Türklərinin böyük bir qismi Şaman dinini tərk edib islamlaşmış, bir qismi isə bu günə qədər yenə də Şamançılıqda qalmaqdadırlar. Böyük mədəni quruculuq işlərinə başlayan Küçüm xan rus hücumu nəticəsində bu işləri dayandırıb ruslarla savaşmaq məcburiyyətində qalır. Bir tərəfdən ruslarla, digər tərəfdən də rus knyazlarının zülmündən qaçaraq Yermakın başçılığı ilə qaçaq dəstəsi yaradan Kazaklara qarşı vuruşan Küçüm xan və qardaşı Məhəmməd Qul Tatar bəylərini ümumi düşmənə qarşı bir araya gətirə bilmədiklərindən ruslara məğlub oldular. Doğrudur, Küçüm xan ruslar tərəfindən hər cür yardım edilən və "Sibir fatehi" elan edilən Kazak dəstəsinin başçısı ataman Yermakı 1584-cü ildə məğlub edərək öldürdü və rusları Sibirdən qaçmağa məcbur etdi. Lakin Moskva tərəfindən vaxtilə xristianlığı qəbul etmiş Tatar mirzalarından Mansurov adlı birinin komandanlığında Sibirə toplarla silahlanmış bir hərbi dəstə göndərildi. Tatar əsilli Mansurovun rəhbərlik etdiyit bu hərbi dəstə Şimali Sibirin istehkam qalalarını və xüsusilə müqəddəs sayılan "Bütləri" top atəşinə tutaraq qorxu yaratdı. Bütlərin dağılmasından qorxuya düşən Ostyaklar Rus hakimiyyətini tanımağa məcbur oldular. Küçüm xan bu məğlubiyyətlərə baxmayaraq, ruslara qarşı döyüşü davam etdirdi. Vəziyyətin çətin olduğunu görən ruslar Polşa, Litva əsirlərini və Dnepr Kazaklarını da öz min nəfərlik hərbi hissələrinə qataraq nəhayət 1598-ci ildə Küçüm xanın üzərinə yürüdülər. Qanlı döyüşlər əsnasında Küçüm xanın ailəsi və yaxınları rusların əliqnə keçdi. Ruslar Küçüm xanın əsir edilən ailə üzvlərini Moskvaya göndərdilər. Bu müdhiş zərbə ilə Küçüm xanın siyasi və hərbi fəaliyyəti sona çatsa da, bu qəhrəman Türk xanını ruslar nə əsir götürə, nə də öldürə bildilər. Moskva onu çarın xidmətinə dəvət etsə də o, bu dəvəti qəbğul etməmiş, öz vətənində qalmağı üstün tutmuşdur. Ömrünün sonlarına doğru Küçüm xanın gözləri tutulmuş və öz əcəli ilə 1600-cü ildə vəfat etmişdir. Küçüm xanın ölümündən sonra ruslar mərhələ-mərhələ Sibirin Buryatlar, Tunquslar, Yakutlar yaşayan ərazilərini də XVII əsr boyu zəbt edərək öz ərazilərini Türk boylarının hesabına daha da genişləndirdilər. Beləliklə bir Türk Tatar Xanlığı da tarixə qovuşmuş oldu. Fəqət dövlət getsə də xalq yaşadı və bu gün də yaşamaqdadır.

Sibirin əhalisi

Ural dağlarının şimalındakı Tobol, İrtış, İşimOb çaylarını əhatə edərək Altay dağlarına qədər uzanan bu geniş ərazidə bu gün də müxtəlif türk boyları yaşamaqdadır. Sibirdə başlıca olaraq yakutlar, tuvalılar, Qərbi Sibir tatarları, xakaslar, altaylar, Sibir buxaralısı, dolqanlar, şorlar və s. kimi dəyişik adlarla türk xalqları və mərhələ-mərhələ Sibirə köçürülmüş ruslar yaşamaqdadır. Bu gün Rusiya Federasiyasının tərkibində olan bu geniş ərazidə Buryat Muxtar Respublikası, Tuva Muxtar Respublikası, Altay RespublikasıKrasnoyarsk, Kemerov, Novosibirsk, Omsk, Tomsk, Tümen, Arxangelsk, İrkutsk və Çikitinsk vilayətləri yerləşir. Çox böyük yeraltı sərvətlərə malik bu bölgədə çox az insan yaşamaqdadır ki, bunların təqribən 1,5 nəfəri türklərdir. Onlara Sibir və ya Altay türkləri deyilir.

Tuvalılar

Tuva türklərinin adına ilk olaraq Çinin Su sülaləsinin (581–618) qeydlərində rasi gəlinir. Tuvalıların yaşadıqları bölgəyə tarixən Tannu-Tuva, işlətdikləri dilə Soyonca və ya Uranxayca deyilmişdir. Bu gün Tuvalılar qədim bir türk dilini işlədirləçr ki, digər Türk xadlqlarının onları tam anlaması zordur. Tuvalıların Karaqas və ya Tofa deyilən bir boyu da vardır. Tuva Muxtar Respublikasının əravzisi 1.750.500 kv. km-dir. Əhalisi təqribən 400000 nəfərdir ki, bunun 300000 nəfəri Tuva Türkləri, qalanları isə rus, xakas, ukrain və digər xalqlardır. 1990-cı illərdən başlayaraq, Tuva Türkləri siyasi fəaliyyətə başlayaraq öz ölkələrindən rusları çıxarmsağa başlayıblar.

Tuva Muxtar Respublikası ərazisinin yarısı meşəlikdir. Muxtar Respublikada ağac, dəri və yeyinti sənayesi məhsulları istehsal edilir, daş kömür çıxarılır. Qoyun, mal-qara, donuz, at, dəvə və maral saxlanılır. Kürk hazırlamaq üçün vəhşi heyvanlar ovlanır.

Yakutlar

Rusiya Federasiyasının ərazicə ən böyük Muxtar Cümhuriyyəti Yakutiyadır. Ümumi sahəsi 3.103.000 kv. km-dir. Əhalisi 1,5 milyon nəfərdir. Əhalisinin çoxu ruslardır. Yakut və ruslardan başqa ölkədə Tatarlar, Ukraynalılar və digər xalqlar yaşayır. Ərazisindən Anabar, Olenek, Lena, Yana, İndiqirka və Kolomna çayları axır. Qışı çox uzun — 220 gündür. Ölkənin beşdə dörd hissəsi iynəyarpaqlı meşələrdən ibarətdir. Ölkədə soyuğadavamlı Ren maralları və at yetişdirilir. Kürk hazırlamaq üçün heyvanlar ovlanılır. Əhali balıqçılıqla da məşğul olur. Zəngin yeraltı sərvətlərə malikdir. Ölkədə xeyli qızıl, almas yataqları var. Bundan əlavə qurğuşun, sink, volfrom və molibden çıxarılır. Ölkənin çox zəngin kömür ehtiyatları olduğu təxmin edilir. Yakutların dünyadakı ümumi sayı 500000 nəfərdir ki, bunların da 97 faizi öz Cümhuriyyətlərində yaşayır.

Xakaslar

Krasnoyarsk bölgəsinə daxil olan Xakas Muxtar Vilayətinin ərazisi 64400 kv. km-dir. Cəmi yarım milyon əhalisi olan bu Muxtar Vilayətin yalnız yüz mini Xakas Türkləridir. Xakas Türklərinin Saqay və Qırğız adlı iki mühüm qolu var.

Altaylar

Dağlıq Altay Muxtar Vilayətində təqribən 250 min əhali yaşayır ki, bunların da yalnız 100 min nəfəri Altay Türkləridir. Altay Türklərinə əvvəllər Oyrotlar da deyilmişdir.

Şorlar

Kemerov Vilayətində sayları 100 min nəfər olan Şor türkləri yaşayırlar.

Dolqanlar

Krasnoyarsk bölgəsinə bağlı Taymır Muxtar Mahalında 10000 nəfər Dolqan Türkləri yaşayır. Dolqanlar indi özlərinə Saka, yəni Yakut deyirlər.

Barabinlər

Sibir bölgəsində yaşayan Tobolsk, Tümen, Tomsk və Barbara Tatarlarının Qazan Tatarları ilə çox yaxın qohumluq əlaqələri var.

Buxaralılar

Bu bölgədə Sibir Buxaralıları deyilən bir Türk boyu da vardır ki, sayları 50 minə yaxındır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.