Sibel Edmunds

Sibel Edmunds - Federal Təhqiqat Bürosunun keçmiş tərcüməçisiingilis dilli xəbər portalı olan "NewsBud"ın yaradıcısı və baş redaktoru.

Sibel Edmunds
Sibel Dəniz Edmunds
Doğum tarixi
Doğum yeri İran İslam Respublikası
Vətəndaşlığı ABŞ
Milliyyəti Azərbaycanlı
İxtisası Hüquq
Psixologiya
Jurnalistika
Təhsili Corc Vaşınqton Universiteti
Corc Mason Universiteti
Fəaliyyəti Jurnalistika
justacitizen.com

Federal Təhqiqat Bürosunun iddiasına görə türk kökənli şəxslərə aid işləri ört-basdır etməyə, təhlükəsizlik məsələlərində səhlənkarlığa və kəşfiyyat problemləri kimi məsələlərə görə oradakı işdən qovulmuşdur.[1][2]

Tərəfsiz araşdırmaçılıq və jurnalistlik etmək üçün yaradılan Boiling Frogs Post adlı onlayn media saytının yaradıcısı və redaktorudur.

1 mart 2012-ci ildə Classified Woman – The Sibel Edmonds Story adlı əsər yazmışdır.[3]

Sibel Əfqanıstandakı korrupsiya problemlərinin araşdırılması ilə də məşğul olmuşdur.

Həyatı

Atası azərbaycanlı (Cənubi Azərbaycandan), anası isə Türkiyə türküdür. Həyatının erkən dövrlərini İranda, daha sonra isə Türkiyədə yaşamışdır. Orta təhsilini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə getmişdir.

Təhsili

Bakalavr təhsilini Corc Vaşınqton Universitetində cəza hüququ və psixologiya ixtisası üzrə tamamlamışdır. Magistr təhsilini Corc Mason Universitetində ictimai siyasət və beynəlxalq kommersiya ixtisası üzrə tamamlamışdır.

Azərbaycan, türk, farsingilis dillərini bilir.

Federal Təhqiqat Bürosu

Sibel 2001-ci ilin sentyabr ayından 2002-ci ilin mart ayına qədər FTB üçün müqaviləli tərcüməçi kimi çalışmışdır. Onun əsas vəzifəsi türk diplomatlar və digər şəxslərlə olan danışıqları tərcümə etmək olmuşdur.

Sibel bir müddət sonra FTB-nin Peşəkar Məsuliyyət Ofisindən və ABŞ-nin Ədliyyə Nazirliyinin inspektorundan şikayıt etmişdir. Daha sonra FTB-nin ondan intiqam aldığını bildirmiş və 22 mart 2002-ci ildə işdən qovulmuşdur. 2002-ci ilin iyununda The Washington PostAssociated Press iddia etmişdir ki, FTB Sibeli onun işinin yaxşı olmadığına və təhlükəsizlik qaydalarını pozduğuna görə işdən qovmuşdur.

Əsərləri

  • Classified Woman - The Sibel Edmonds Story: A Memoir. (2012)
  • The Lone Gladio (Volume 1) (2014)

İstinadlar

  1. "FBI denies file exposing nuclear secrets theft". The Sunday Times. 20 January 2008. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
  2. Calvert, Jonathan; Lauria, Joe. "Tip-off thwarted nuclear spy ring probe". The Sunday Times. 27 January 2008. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2019.
  3. "The Sibel Edmonds Story | A Memoir". Classified Woman. 6 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2013.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.