Si Yabqu xaqan
Si Yabqu xaqan (əsl adı Aşina Sıli 阿史那咥力; v. 633, Qərbi Göytürk xaqanlığı) — Qərb Göytürklərinin hökmdarı.
Si Yabqu xaqan | |
---|---|
肆葉護可汗 | |
631 – 633 | |
Əvvəlki | Bağatur xaqan |
Sonrakı | Nişa Tulu xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Bəlx |
Atası | Tonq Yabqu xaqan |
Dini | Tenqriçilik |
Hakimiyyəti
Xaqanlığa Nuşibilərin dəstəyi ilə Bağatur xaqanı devirərək gəlmişdi. Seyanto xanlığına hücum etmiş və məğlub olmuşdu. Xarakter cəhətdən çox pis olan, tez əsəbiləşən xaqan bir çox qohumunu öldürmüşdü. Aşina Nişu da öldürüləcəyindən qorxaraq Qaraşar şəhərinə qaçmışdı. Nuşibi fraksiyasının başçısı Mubi Tarxan ordusu ilə hücuma keçərək xaqanı hakimiyyətdən qovdu. Xaqan Qanqlıların yanına qaçdı və Bəlx şəhərini yağmalayarkən öldü.[1]
İstinadlar
- L.M.Qumilyov :Eski Türkler,, Selenge yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8, OCLC 52822672, səh. 265-266
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.