Sforçesko qəsri

Sforçesko qəsri (it. Castello Sforzesco) — Milanın köhnə hissəsinin şimalında Qəsr meydanında (it. Piazza Castello) yerləşmiş Sforza sülaləsindən olan Milan hersoqlarının malikanəsi olmuşdur.

Kastello Sforçesko
Castello Sforzesco
45°28′15″ şm. e. 9°10′46″ ş. u.
Ölkə  İtaliya
Şəhər Milan
Yerləşir Milan[1][2]
Sifarişçi I Françesko Sforza
Tikilmə tarixi 1360-1499
Üslubu İntibah memarlığı
Material kərpic
Vəziyyəti muzey
Rəsmi sayt milanocastello.it
Kastello Sforçesko (Milan)
Kastello Sforçesko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sforçesko qəsrinin görnüşü

Yaranma tarixi

Qəsr ilk dəfə XIV əsrdə 1360-1370 ci illərdə Viskonti tərəfindən binası qoyulmuşdur, sonradan Ambroze Respublikası ilə nəticələnən xalq üsyanı zamanı dağıdılmışdır. XV əsrin ortalarında 1447 ci ildə hersoq Françesko Sforça tərəfindən yenidən tikilmişdir. XVI əsrdə qəsrin dizaynı Leanardo da Vinçiyə həvalə olunmuşdur. Qəsrin (it. pergola) talvar hissəsi(bağın tac konkstruksiyası) məhz ona məxsusdur.

Bərpası haqqında

1833-1905 ci ildə ətraflı bərpa edilmişdir. 1943-cü ildə bomba nəticəsində zədə almış hissələri sonradan bərpa edilmişdir. İtalyan müharibəsinin əvvəlində hersoq Lüdoviko Sforza Milanı tərk etmiş olur və fransız kralı XII Lüdovik malikanəyə sahib olur. 1521-ci ildə ildrım vurması nəticəsində Filaret qülləsindəki barıt anbarının partlaması böyük dağıntıya səbəb olmuşdur. İspan zadəganı Ferrante Qonzaqa şəhər istehkamını möhkəmlətmək məqsədilə qəsri yenidən bərpa edərək əlavə 2000 əskərlik kazarma tikdirmişdir.

Hal hazırda it. d'Arte Antica və arxeloji muzey (it. Museo della Preistoria) burada yerləşmişdir.

Şəkil qalereyası

Mənbə

  1. dati.beniculturali.it. 2014.
  2. SIRBeC (it.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.