Sezən Aksu

Sezən Aksu (13 iyul 1954[1][2], Sarayköy, Dənizli vilayəti) — türk müğənnisi, bəstəkarı və söz yazarı.[3] 2010-cu ildə Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır.[4] Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur.

Sezən Aksu
türk. Sezen Aksu
Ümumi məlumatlar
Doğum adı Fatma Sezen Yıldırım
Ləqəbləri Sezen Aksu, Sezen Seley
Doğum tarixi 13 iyul 1954(1954-07-13)[1][2] (69 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, söz yazıçısı[d], mahnı müəllifi[d], aktrisa, musiqi prodüseri, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1975-ci ildən
Janr pop musiqisi
Albom şirkəti Raks Müzik[d]
İmzanın şəkli
sezenaksu.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı

Müəllim ana ataya sahib olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü.[5] Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum"[5] demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi. İlk qırx beşliyini Sezən Seley adıyla nümayiş edən sənətçi bu Haydı Şansım adını verdiyi əsərini 1975-də nümayiş etdi. Ancaq albom yalnız əlli kopya satdı. Bunun ardından səksənlərin başına qədər davamlı yeni qırx beşliklərini çıxardı. İlk albomunu isə 1977-də Allahaısmarladık (Xudahafiz) adıyla nümayiş edən sənətçi albomdakı "Neçə il keçdi aradan" adlı mahnısıyla dövrə görə böyük bir addım atdı.

1978-də Hurşid Yenigünün iki mahnısına söz yazan sənətçi dövrə görə böyük bir səs gətirdi. 1978-də ikinci albomu Sərçəni nümayiş edən Aksu baş rolunu Bulud Arasla paylaşdığı bir Atıf Yılmaz filmi olan Kiçik Sərçədə oynadı. Sənətçi bu tarixdən sonra Kiçik Sərçə adıyla xatırlanmağa başlandı. Sənətçi daha sonra 10 iyul 1981də Sinan Özər ilə evləndi.[6] 1981-ci ildə Mithat Can Özəri dünyaya gətirdi. Sonrasında Şənər Şən, İlyas Salman, Ayşən Gruda kimi adlarla "Min İl Əvvəl, Min İl Sonra" adlı müzikalda rol aldı. Daha sonra 1989-da ikinci filmi olan "Böyük Təklik"i Yavuz Özkanın rejissorluğunda, Fərhan Şənsoyla baş rolu paylaşaraq çəkmişdir. 1991-də Türkiyə tarixinin ən çox satan albomlarından "Gülümsə"ni[7] nümayiş edən sənətçi doxsanlar musiqisində çox əhəmiyyətli bir yer etdiyi kimi Sərtab Ərənər, Harun Kolçak, Aşkın Nur Yengi, Levənt Yüksəl, Işın Karaca, Hande Yenər, Yıldız Tilbe kimi bir çox adı musiqi bazarına qazandırdı və bir çox əhəmiyyətli sənətçiyə dəstək oldu. Sənətçi son olaraq 2009-da "Gedirəm Düş Bağçalarında" adlı albomuna imzalamışdır. Albomdakı caz tonları da albomun xüsusiyyətləri arasındadır.

Diskoqrafiya

  • 1977: Allahaısmarladık
  • 1978: Serçe
  • 1980: Sevgilerimle
  • 1981: Ağlamak Güzeldir
  • 1982: Firuze
  • 1984: Sen Ağlama
  • 1986: Git
  • 1988: Sezen Aksu'88
  • 1989: Sezen Aksu Söylüyor
  • 1991: Gülümsə
  • 1993: Deli Kızın Türküsü
  • 1995: Işık Doğudan Yükselir
  • 1996: Düş Bahçeleri
  • 1997: Düğün ve Cenaze
  • 1998: Adı Bende Saklı
  • 2000: Deliveren
  • 2002: Şarkı Söylemek Lazım
  • 2003: Yaz Bitmeden
  • 2005: Bahane
  • 2005: Bahane Remixes
  • 2005: Kardelen
  • 2008: Deniz Yıldızı
  • 2009: Gedirəm Düş Bağçalarında
  • 2011: Öptüm
  • 2017: Biraz Pop Biraz Sezen

Filmoqrafiya

  • 1978: Kiçik Sərçə

İstinadlar

  1. Sezen Aksu // filmportal.de. 2005.
  2. Sezen Aksu // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. "Sezen Aksu qonşularını bezdirib". Teleqraf. 10 may 2013. İstifadə tarixi: 8 avqust 2013.
  4. "50 Great Voıces Archıve". NPR Music. NPR. 12 aprel 2010. İstifadə tarixi: 8 avqust 2013.  (ing.)
  5. "Kaybolan yıllar..." Xezerxeber. 13 iyul 2013. İstifadə tarixi: 2013-08-08.
  6. "Boşanma rekordları qıran məhşurlar". Big.az. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2013.
  7. "Biyografi, SEZEN AKSU". Sabah. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2013.  (türk.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.