Seysmoqraf

Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihaz.

Zəlzələ
 
Tipləri
Foreşok
Afterşok  Hiss edilməyən zəlzələ  Sualtı zəlzələ
Sunami
Səbəbləri
Qırılma hərəkatı
Vulkanizm
Süni seysmiklik
Xüsusiyyətləri
Episentr  Hiposentr
Kölgə zona  Seysmik dalğalar
P-dalğa
S-dalğa
Ölçü
Rixter şkalası  Seysmoqraf  Seysmoqram  Maqnituda
Proqnoz
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Koordinasiya Komitəsi
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)
Digər mövzular
Qırx dalğa bölünmə  Adams-Uilyamson tənliyi
Zəlzələ mühəndisliyi
Portal:Təbii fəlakətlər
Seysmoqraf

Adətən seysmoqraf yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur. Onun gücü Rixter şkalası ilə seysmoqraf adlanan cihazla ölçülür.Onlar əsasən seysmik qurşaq adlanan ərazilərdə olur.

Can-Hen seysmoqrafı

Can-Hen seysmoqrafının nüsxəsi.

"Can-Hen seysmoqrafı" eramızın 132-ci ilində çinli Can-Hen tərəfindən düzəldilmişdir. Bu seysmoskop üzərinə bir-birindən eyni məsafədə olan 8 əjdaha fiquru yapışdırılmış bürünc qabdan və hər əjdahanın qarşısında onlardan bir qədər aşağıda qoyulmuş 8 qurbağa fiqurundan ibarətdir. Qabın içərisində tarazlığı sabit olmayan (astatik rəqqas) və əjdahalarla əlaqədar linglərə söykənən metal mil qoyulmuşdur. Zəlzələ zamanı metal mil linglərdən birinin üstünə düşür. Həmin ling əlaqədar olduğu əjdahanın ağzını açır və orada olan metal kürə əjdahanın qarşısındakı qurbağanın ağzına düşür[1].

İstinadlar

  1. Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.59
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.