Seysmik dalğalar

Seysmik dalğalarzəlzələ ocağında baş verən qırılma zamanı ayrılan enerjinin böyük bir hissəsi süxurlarının yerdəyişməsinə və istilik yaranmasına, bir hissəsi isə ocaqdan ətraf ərazilərə yayılan seysmik dalğalar adlanan elastik dalğaların əmələ gəlməsinə sərf olunur.[1]

Zəlzələ
 
Tipləri
Foreşok
Afterşok  Hiss edilməyən zəlzələ  Sualtı zəlzələ
Sunami
Səbəbləri
Qırılma hərəkatı
Vulkanizm
Süni seysmiklik
Xüsusiyyətləri
Episentr  Hiposentr
Kölgə zona  Seysmik dalğalar
P-dalğa
S-dalğa
Ölçü
Rixter şkalası  Seysmoqraf  Seysmoqram  Maqnituda
Proqnoz
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Koordinasiya Komitəsi
Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE)
Digər mövzular
Qırx dalğa bölünmə  Adams-Uilyamson tənliyi
Zəlzələ mühəndisliyi
Portal:Təbii fəlakətlər

Bu dalğalar yer səthinə çatarkən qruntu (torpağı) titrədir və insanlar zəlzələni hiss edirlər.

Elastik dalğalar

Elastik dalğalar ətrafa yayılarkən süxurları deformasiyaya uğradır, yəni onların ölçülərini və ya formasını dəyişir, lakin dalğanın təsirindən sonra süxurlar öz ilkin vəziyyətinə qayıdır.

Elastik cisimdə (o cümlədən, dağ süxurlarında) əsas iki cür deformasiya qeyd olunur.[2]

Həcmi deformasiya

Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi dəyişir, lakin onun forması dəyişməz qalır.

Sürüşmə deformasiyası (forma deformasiyası)

Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi deyil, forması dəyişir.[3]

Seysmik dalğaların növləri

İki əsas növü vardır: həcmi dalğalarsəthi dalğalar.

Həcmi dalğalar

Sərhədsiz mühitdə baş verən deformasiyanın tipindən asılı olaraq iki cür dalğalar əmələ gəlir: uzununa dalğalar (P)eninə dalğalar (S).

Uzununa dalğalar (P)

Həscmi deformasiya zamanı uzununa dalğa (P) əmələ gəlir və nəticədə bu dalğanın keçdiyi mühitdə sıxılma və gərilmə zonalarının növbələnməsi, hissəciklərin öz ilkin vəziyyətləri ətrafında dalğanın yayılma istiqamətində rəqsi hərəkətləri müşahidə edilir. Hissəciklər gərilmə zonalarında bir-birindən uzaqlaşır, sıxılma zonalarında isə yaxınlaşırlar. Uzununa dalğalar səs dalğalarının havada yayılmasına analoji formada yayılırlar.[4]

Eninə dalğalar (S)

Forma deformasiyası zamanı eninə dalğalar (S) əmələ gəlirlər, yəni eninə dalğalar yayılarkən süxur hissələrinin həcmi deyil, onun üzləri arasındakı bucaqlar dəyişilir və elastiki mühitin laylarının bir-birinə nisbətən sürüşməsi baş verir.

Eninə dalğalar (S) zamanı mühitin hissəcikləri dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə hərəkət edirlər. Bu dalğalarin sürəti P dalğalarının sürətindən kiçikdir və seysmoqraf S dalğalarını ikinci növbədə qeydə alır. Eninə dalğalar (S) sürüşmə təbiətli olduğundan mayelərdə yayılmırlar.[5]

Səthi dalğalar

Mühitin sərhəd səthlərində əmələ gələn dalğalara səthi dalğalar deyilir. Belə dalğalar mühitin iki müxtəlif elastiki xassəli laylarını ayıran sərhəd yaxınlığında əmələ gəlirlər.

Zəlzələnin dağıdıcı fəlakətlərini yaradan və yerin səthi boyunca yayılırlar.

Səthi dalğalar LyavaRele dalğaları tipinə ayrılırlar.

Lyava dalğaları (L)

Lyava dalğaları Yer maddə hissəciklərinin Yer səthinə paralel müstəvi üzrə, dalğanın yayılma istiqamətinə perpendikulyar rəqsi hərəkətləridir.

Rele dalğaları (R)

Rele dalğaları zamanı Yer maddə hissəcikləri dalğanın yayılma istiqamətində vertikal müstəvi üzrə ellips formalı hərəkət edirlər.

Seysmik dalğaların yayılma sürəti

Həcmi dalğaların yayılma sürəti

Aşağıdakı düsturla təyin edilə bilirlər:

və ya

Burada:

— Yung modulu;
— Puasson əmsalı;
— sıxlıq;
— mühitin sıxılma modulu;
— mühitin sürüşmə modulu və ya Lyama əmsalıdır.

Bu düsturlardan göründüyü kimi uzununa (P) dalğalar eninə (S) dalğalardan böyük sürətlə yayılırlar və dağ süxurlarının çoxunda parametrləri bir-birindən az fərqləndiyi üçün

alınır.

S dalğası yer səthinin P dalğasından sonra gəlsə də o daha güclü və kəskin titrəyiş hərəkətləri yaradır.

Həcmi dalğaların sürətləri onların keçdikləri süxurqruntların sıxlığından asılıdır. Məsələn, qranit süxurunda uzununa (P) dalğalar : =5,5 km/s, eninə (S) dalğalar isə =3,0 km/s sürətlə yayılırıar.

Həcmi dalğalar dağ süxurları laylarından keçərkən lay sərhədlərindən əks olunur və ya həmin sərhədlərdə sınırlar. Bu zaman bir tip dalğanın (məsələn, P dalğasının) enerjisinin bir hissəsi digər tip dalğanın (S dalğasının) əmələ gəlməsinə sərf olunur. Beləliklə, müxtəlif sıxlıqlı mühitlərin sərhədlərində P və S həcmi dalğaları PS, SP, PP, SS, SSS, PPP, SPS, S tipli dalğaları əmələ gətirirlər.[6]

Səthi dalğaların yayılma sürəti

Səthi dalğalar həcmi dalğaların sürətlərindən kiçik, rəqs periodları və dalga uzunluqları isə daha boyükdür. Lyava dalğaları isə Rele dalğalarından böyük sürətlə yayılırlar.

Tipləri

E-tip dalğa-uzununa dalğa olub Yer təbəqələrində sıxlaşma və seyrəkləşmə yaradır.

S-tip dalğa-eninə dalğa olub Yer təbəqələrinin rəqsinə perpendikulyar istiqamətdə yayılır.

L-tip dalğa-eninə dalğadır, lakin o, Yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəlakətini yaradır.

Həmçinin bax

İstinadlar

  1. "Seysmologiyanın əsas elementləri". səh. 24. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  2. "Seysmologiyanın əsas elementləri". səh. 24-25. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  3. "Seysmologiyanın əsas elementləri". səh. 25. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  4. "Seysmologiyanın əsas elementləri". səh. 28. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  5. "Seysmologiyanın əsas elementləri". səh. 29. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  6. "Seysmologiyanın əsas elementləri". səh. 31. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.