Seymur Orucov

Seymur Vaqif oğlu Orucov (27 oktyabr 1984, Naxçıvan) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri.[1]

Seymur Orucov
bayraq
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
21 may 2020-ciildən
ƏvvəlkiNizaməddin Quliyev
29 yanvar 2011 11 mart 2021
ƏvvəlkiRamil Həsən
SonrakıBəxtiyar İslamov
Şəxsi məlumatlar
Doğum tarixi 27 oktyabr 1984(1984-10-27) (39 yaş)
Doğum yeri
Partiya

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı  — 2010

Həyatı

Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.

2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur.

2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

İctimai-siyasi fəaliyyəti

2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.[2]

4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra etmişdir.[3][4]

Azərbaycan Respublikasının Prezidentinin 21 may 2020-ci il tarixli sərəncamı ilə Ağstafa rayon icra hakimiyyətinin başçısı təyin edilib.[5]

Təltifləri

  • "Tərəqqi" medalı (2010)
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2016) [6]
  • “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (2024)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.