Seymur Baxışov
Seymur Qulamhüseyn Baxışov (d. 12 iyul 1987; Sumqayıt, Azərbaycan - ö. 2 aprel 2016; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Seymur Baxışov | |
---|---|
Seymur Qulamhüseyn oğlu Baxışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi |
![]() |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Həyatı
Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti
Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu.
Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Xatirəsi
2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.[1]
İstinadlar
- ARB 24. "Şəhidin adına xatirə lövhəsi ucaldıldı" (az.). Youtube.com. 03.04.2017. İstifadə tarixi: 2017-04-03.