Seylor Uran
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Uran | |
---|---|
Seylor Uran. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #24: "Sonsuzluq 1 — Xəbərdarlıq" (1994) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Haruka Tenno |
İngilis versiyası | Amara Tenno |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 27 yanvar (Dolça) |
Yaşı | 16-17 |
Boyu | 175 sm |
Qan qrupu | В(III) |
Ləqəb(lər)i | Şahzadə Uran |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika |
Gücləri | küləyi idarə etmək[1], prekoqnisiya, qılıncoynatma bacarığı |
Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir.
Profil
Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm)
16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür. Yaşına görə Seylor Uran komandanın ən böyük 2-ci üzvüdür.
Haruka lezbiyandır, gözəl qızlarla birlikdə olmağı və onlara sataşmağı sevir. Manqada hətta Usaqini öpmüşdür.[2] Manqa boyunca Usaqi ilə yaxınlığı olmuşdur. Onlar arasında münasibətlər animedə çox fərqlidir. Haruka ona Taksedo Maskın da istifadə etdiyi "Odanqo" və ya "Bişmiş alma" ləqəbi ilə çağırır. "Seylor Mun S"-dən etibarən isə Usaqiyə "Pişik balası" deyə müraciət edir.
Seylor Neptun ilə olan sevgi münasibətləri seriyanın sonlarına qədər seksual xarakter daşımırdı. Münasibətləri seriyada peyda olduqlarından bəri məlumdur və seriyanın digər personajları tərəfindən düzgün və tez başa düşülmüşdür. Bu münasibətləri bəzən yumora səbəb olur, çünki bəzi Seylor döyüşçülərinin nisbətən daha ciddi romantik ümidləri var. Seylor Uran ictimaiyyət arasında məhəbbət haqqında müzakirələr aparmağı ədəbsiz hərəkət hesab edir. Animedə Seylor Neptunla münasibətlərindəki fiziki aspekt qucaqlaşmaq və birlikdə gəzməklə məhdud qalsa da, münasibətlərinə heç vaxt ziyan dəymir.
Bundan başqa Seylor Uranı görənlər onun cinsinin nə olduğunu bilməkdə çətinlik çəkirlər. Seriyada ilk dəfə görünəndə Seylor döyüşçüsü əvəzinə, "Taksedo Mask" kimi peyda olmuşdu, lakin bu halı ilə bir daha təsvir olunmamışdır.[3]
Miçirudan başqa Seylor Uranın ən yaxın dostu Setsuna Meyodur, bunun səbəbi üçünün birlikdə işləməsidir. Ölüm Həvarilərinin dağılmasından sonra Seylor Saturn körpə kimi yenidən doğulmuş və üçü də onun ailəsi olmağı və qayğısına qalmağı öhdələrinə götürmüşdülər. Hekayənin sonlarında dördünün birlikdə xoşbəxt yaşadıqları göstərilmişdir. Harukanın əsl ailəsi haqqında heç bir məlumat verilmir, halbuki naməlum səbəbdən o və Miçiru nəzərəçarpacaq dərəcədə varlıdırlar. Manqada bir dəfə Haruka onun və Miçirunun "varlı himayədarlar"ının olduğunu demişdir.
Personajın animedəki və manqadakı versiyaları demək olar ki, eynidir. Sadəcə olaraq animedə onun soyuq xasiyyəti daha çox vurğulanır. Miçiru kimi Haruka da bəzən seriyada antiqəhrəman kimi ortaya çıxır. Hər ikisi hekayənin dördüncü hissəsində görsənməmişdilər.
Seylor Mun musiqili filmlərində Haruka ilə Miçiru arasındakı münasibətlər demək olar ki, dəyişməmiş qalmışdı: həmişə birlikdə gəzdikləri və münasibətlərində təmkinli olduqları göstərilmişdir.
Hobbiləri
Harukanın ən böyük arzusu peşəkar avtoidman sürücüsü olmaqdır.[4] Avtomobil sürmək onun sevimli hobbisidir və manqada avtomobil sürməkdə usta olduğu hesab edilmişdir. Bundan başqa yüngül atletika ilə məşğul olur, məktəbin yüngül atletika klubunun üzvüdür.[5] Bir səhnədə Miçirunun skripkada, Harukanın isə pianoda çaldığı görünmüşdür. Ən sevdiyi fənn fizikadır, müasir yapon dili fənnini heç sevmir. Haruka daim öz fikrini gizli saxlayır. Ən sevdiyi yemək salat, ən sevmədiyi yemək nattodur. Ən sevimli rəngi qızılıdır. Miçiruya görə Harukanın məşhur adamlarla bağlı naməlum narahatçılığı var. Haruka bunu rədd edir.[6]
Haruka, Miçiru və Setsuna "Seylor Mun SuperS" filmində yer almışdırlar.
Aspektlər və formalar
Seylor Uran müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Uran Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.
Seylor Uran
Haruka Tennonun Seylor döyüşçülərində şəxsiyyəti Seylor Urandır. Döyüşçü geyimi tünd qara və qızılı rənglərindən ibarətdir, digər döyüşçülərdən fərqli olaraq əlcəkləri dirsəklərinə qədər deyil. Seylor Urana müxtəlif ləqəblər verilmişdir: Səma döyüşçüsü, Uçuş döyüşçüsü.[7] Gücləri Roma mifologiyasında səma ilə təcəssüm olunan tanrı Uran ilə əlaqələndirilir.[8] Seylor Uran ən aqressiv Seylor döyüşçülərindən biridir. Yanında 3 talismandan biri olan Kosmik qılıncı gəzdirir. Digər iki talisman Seylor Neptun və Seylor Plutondadır. Gizli şəxsiyyəti ilə adi vətəndaş forması fərqlənmir, lakin adi formasında güclərindən istifadə edə bilmir. Seylor Neptun onun dəyişməz partnyorudur, nadir hallarda bir-birilərindən ayrılırlar.
Seylor Uran böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 39-cu aktında Uran kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir. Lakin özünə yeni ad verməmişdir. Animenin 167-ci seriyasında isə yeni geyimə sahib olmuş və özünü Super Seylor Uran adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər geyimə sahib olmuşdur.[9]
Şahzadə Uran
Gümüş Minillikdə Haruka Tenno öz planetinin şahzadəsidir. Onun əsas vəzifəsi Günəş sistemini şər qüvvələrdən qorumaqdır. Şahzadə Uran kimi Miranda qalasında yaşayır və göy paltar geyinir. Bu halı ilə manqanın 41-ci aktında görünmüşdür. Lakin Şahzadə Uran kimi Şahzadə Neptun ilə olan əlaqələri haqqında məlumat verilmir.
Xüsusi güclər və əşyalar
Seylor Uranın fiziki gücü və psixi hisləri (əsasən yuxu şəklində və ya küləyə "qulaq asmaqla" şər əlamətləri hiss edə bilir) olsa da, adi insan formasında ikən güclərindən istifadə edə bilmir. Bunun üçün digər Seylor döyüşçüləri kimi çevrilməlidir. Çevrilmək üçün əsasən xüsusi əşyalarından birini göyə qaldırıb "Uranın planet gücü, toplan!" deməlidir. Uran kristalını əldə etdikdən sonra bu ifadə "Uranın Kristal Gücü" ifadəsi ilə əvəz olunmuşdur.[10]
Seylor Uranın gücləri Roma mifologiyasında səma tanrısı Uranla əlaqələndirilir. İlk hücumu Dünya Sarsıntısı adlanır, səmanın enerjisini toplayır və düşmənin üzərinə göndərir. Seriyada 3 əsas hücumdan istifadə edir. Hücumların adları ingiliscə olsa da, yapon oxuculara bu adların kandzi mənaları da verilmişdir. Məsələn, Dünya Sarsıntısı sözünün kandzi mənası "səma" (天), "dünya" (界) və "silkələmək" (震) şəklindədir.[8] Bu Seylor Uranın həm də seriya boyunca əsas hücumudur.
Seylor Uran özü ilə 3 talismandan biri olan Kosmik qılıncı daşıyır. Digər iki talisman Seylor Neptun və Seylor Plutondadır. Manqada bu qılıncı əldə etdikdə bunun bir talisman olduğunu anlamışdır.[11] Qılıncının köməyi ilə ikinci hücumu olan Kosmik Qılınc Püskürücüsü (宇宙剣乱風, "kosmos, qılınc, xaos, külək") hücumdan istifadə edə bilir.[8]
Üçüncü və son hücumu Kosmik Burulğan (宇宙乱気流) adlanır və bu hücumdan ancaq manqada istifadə edir. Hekayənin 5-ci hissəsində Seylor Saturn tərəfindən ona Seylor Saturn verilmişdir.[8]
Senzura
Gənc tamaşaçıların lezbiyan bir personajı izləmələri haqqında yaranacaq mübahisələrin qarşısını almaq üçün müəyyən ölkələrdə Huraku ilə Miçiru arasındakı münasibətlərə senzura tədbiq olunmuşdur. ABŞ dublajına görə Miçiru və Haruka qohumdurlar. Hətta orijinal yapon versiyasına sadiq qalmaq istəsələr də, aralarındakı münasibətləri özündə əks etdirən səhnələrdə aparılan dəyişikliklər saxlanılmışdır.[12] Senzuraya və problematik dublaja görə tamaşaçılar bir ara elə nəticələyə gəlmişdilər ki, aralarında insest münasibətlər var. Haruka və Miçiru arasındakı münasibətlərin dublaj edilməsi həmişə çətinlik yaratmışdır, hətta bu "Seylor Mun S" ilə əvvəlki animelərin dublajında ziddiyətə səbəb olmuşdu.[13] Yaponiyada da Haruka personajı haqqında mübahisələr yaranmışdı.[14] 2016-cı ildə seriyanı ingilis dilinə yenidən dublaj etmək istəyən Viz Media & Studiopolis orijinal versiyaya sadiq qalmaqla və bəzi silinmiş səhnələri bərpa etməklə senzuranı qaldırmağa hazırlaşır.
Digər ölkədə də bu personajlar arasındakı münasibətlərdə dəyişikliklər edilmişdir. Məsələn, fransızca dublaja görə Frederika (Haruka) gizli şəxsiyyəti olan Seylor Uranı gizlətmək üçün bilə-bilə özünü kişi kimi göstərir, Milen (Miçiru) isə eyni səbəbdən özünü onun "sevgili"si kimi təqdim edir. Rusca dublajda da eyni dəyişiklik edilmişdir.
İstinadlar
- "Sailor Moon Materials Collection - Third Series". 2013-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-20.
- Takeuchi, Naoko. Act 26 // Bishōjo Senshi Sailor Moon. 8. Kodansha. ISBN 4-06-178790-X.
- Act 25
- Takeuchi, Naoko. Back of volume // Bishōjo Senshi Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
- Takeuchi, Naoko. Act 43 // Bishōjo Senshi Sailor Moon. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
- Episodes 181 and 184.
- Takeuchi, Naoko. Act 29 // Bishōjo Senshi Sailor Moon. 9. Kodansha. February 6, 1995. ISBN 4-06-178797-7.
- Takeuchi, Naoko. Act 39 // Bishōjo Senshi Sailor Moon. 14. Kodansha. March 6, 1996. ISBN 4-06-178826-4.
- Takeuchi, Naoko. Act 42 // Bishōjo Senshi Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
- Episode 115.
- Episode 110.
- Roncero-Menendez, Sara. "Sailor Neptune and Uranus Come Out of the Fictional Closet". The Huffington Post. July 21, 2014. December 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2015. (#apostrophe_markup)
- Sebert, Paul. "Kissing cousins may bring controversy Cartoon Network juggles controversial topics contained in the "Sailor Moon S" series". The Daily Athenaeum Interactive. 2000-06-28. 2008-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-02-21.
- Johnson, Dany. "Q & A Rocking the Boat". Akadot. 2001-04-21. 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-02-21.
Their appearance on TV was sensational, something unheard of in TV cartoons.