Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.
Seylor Pluton | |
---|---|
Seylor Pluton "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #18: "Zaman əyilməsi, Seylor Pluton" (1993) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Setsuna Мeyo |
İngilis versiyası | Tristo Meyo (anime) |
Növü | insan |
Cinsi | qadın |
Doğum tarixi | 29 oktyabr (Əqrəb) |
Yaşı | 18-20 |
Ləqəb(lər)i | Şahzadə Pluton |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika (manqa) |
Gücləri | məkan və zamanı idarə etmək |
Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir.
Profil
Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır. Seylor Pluton Çibiusanın qoruyucusu kimi fəaliyyət göstərir.[1]
Hekayənin ikinci hissəsindən Seylor Pluton zaman darvazalarını tərk edərək müvəqqəti olaraq adi insan kimi yaşamağa başlamışdır. Seylor Uran və Seylor Neptuna qoşularaq universitetdə fizika oxumuşdur. Onun bu postunu tərk etməsi manqanın versiyalarında fərqlidir. Manqada XXX əsrdə özünü Yeni Kraliça Sereniti uğrunda qurban verdikdən sonra indiki dövrdə yenidən doğulmuşdur. Animedə isə Yeni Kraliça Sereniti ona sadəcə icazə verir. Setsuna Seylor döyüşçülərinin ən yaşlısıdır.
Seylor Plutonun şəxsiyyəti soyuq və bir az tənha kimi təsvir olunmuşdur, amma özünü həmişə Çibiusaya qarşı səmimi və şəfqətli aparır.[2] Yenidən canlandıqdan sonra daha istiqanlı olmuşdur, amma o hələ də emosional deyil. Manqada animedən fərqli olaraq emosional olduğu anlar daha çoxdur. Setsuna Miçiru və Haruka ilə birlikdə Hotarunun qayğısına qalır.
Digər Seyor döyüşçülərindən fərqli olaraq Setsuna özünün tam olaraq insan olub-olmadığını sorğulayır; o, "Məkan-Zaman qapılarını əbədi olaraq qruyan ilahə" kimi təsvir olunur.[3]
Seylor Plutonun tam gücləri, keçmişi haqqında məlumat bəlirsiz şəkildə təyin olunub, amma ümumi fikir hər şeyi bilən şəkil olmasıdır. Məsələn, bir hadisədə Setsuna böyük ehtimalla iki Seylor döyüşçüsünün onların ovlanmalarına səbəb olan mistik əşyalar daşıdığından xəbər tutmuşdur, amma onları xəbərdar etməyərək insanların onlara hücum etmələrinə icazə vermişdir. (Bu manqada fərqlidir və davamlılıq xətası ola bilər.) Bu hər şeyin bilməsinin səbəbi kimi Məkan-zaman darvazalarında keşik çəkməsi göstərilib.
Seylor Pluton sadəcə bir neçə televiziya epizodunda peyda olmuşdur. Seylor Uran və Seylor Neptundan fərqli olaraq Seylor Pluton Seylor döyüşçülərinə qarşı istiqanlıdır və onlara bir neçə dəfə kömək etmişdir. Hekayənin ikinci hissəsində Məkan-zaman darvazalarından keçmək qadağan olsa da, Seylor Pluton onlara buradan keçməyə icazə vermişdir.[4] Hekayənin üçüncü hissəsində Seylor Pluton hətta Seylor Uran və Seylor Neptun ikinci qrupu yaratmaq istəyəndə Seylor Mun və dostlarına kömək etmək istəmişdir. Seylor Pluton daha sonra ÇibiÇibinin əsl şəxsiyyətini öyrənmək üçün Seylor döyüşçülərinə qatılmışdır.[5] Manqada Seylor Pluton Amiyə həmişə ilham verir və aralarındakı bu münasibət Amiyə Seylor Merkuriyə çevrilərkən əlavə güc qazandırır.
Manqada Seylor Plutonun hekayəyə təsiri daha azdır, animedə isə bu təsiri bəlirsiz göstərilsə də, heç vaxt açıq şəkildə verilmir. Seylor Pluton hekayədə ilk şəkli ilə çox sirli görünüşə malikdir, tünd saç rəngi və qara döyüşçü paltarı ilə "Yeraltı dünyanın qoruyucusu" kimi təsvir edilir. Həmçinin onun zaman tanrısı Kronosun qızı olduğu qeyd edilir. Seylor Pluton qanunlara riayət etməkdənsə, cəsarətli çıxıb yeraltı dünyada Məkan-zaman darvazalarının axtarışına düşən kəslərə qarşı mərhəmətsizdir, onları öldürməyə çalışır. Seylor Munun kim olduğunu bilmədiyinə görə, o buradan keçməyə çalışarkən onu öldürməyə çalışmışdır.[6] Luna hətta onun mövcudluğunu bilməyin belə cinayət olduğunu bildirmişdir. Luna onun gözlərindəki kədərə görə Seylor Plutonu "tənha qoruyucu" adlandırır.[6]
Manqada Seylor Plutonun ölüm səhnəsi bəlirsiz şəkildə sevgi bəslədiyi Taksedo Mask ilə əlaqələndirilsə də, bu məsələ bir daha ələ alınmır. Musiqili filmlərdə Seylor Plutonun Kral Endimiona qarşı qarşılıqsız məhəbbəti var. Bu, musiqili filmlərin iki mahnısında açıq-aşkar təsvir edilir.[7] Kral Endimion onun ətrafında olanda Seylor Plutonun üzü qızarır. Musiqili filmlərdə bir çox vəziyyətdə Seylor Plutonun qarşılıqsız sevgisi göstərilir.[8]
Animenin və manqanın davam edən hekayələrində Seylor Plutonun qəribə hərəkətləri göstərilir. Onun ölümü manqada çox tez — Çibiusanın səhvi ilə baş verir. Ölümündən sonra Seylor Pluton Seylor Mun və dostlarının yaşadığı dövrdə yenidən doğulmuşdur və müvəqqəti olaraq adi vətəndaş kimi yaşadıqdan sonra yenə Məkan-zaman darvazalarını qorumağa başlamışdır.
Aspektlər və formalar
Seylor Pluton müxtəlif güclərə, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Pluton Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.
Seylor Pluton
Setsuna Meyonun Seylor döyüşçüsü kimi şəxsiyyəti Seylor Plutondur. Döyüşçü geyimi qara və tünd qırmızı rənglərdən ibarətdir. İlk versiyalarında Seylor Plutonun geyimi uzunqol deyildi və boğazlığında qiymətli daş yox idi. Onun görünüşü (saç stili və hündürlüyü də) Seylor Mun seriyası boyunca dəyişir. Bunun əsas səbəbi zaman səyahətləridir: Müxtəlif zaman kəsiklərində olduğu üçün görünüşünün fərqli olması təbiidir. "Qara Ay" hekayəsində Seylor Plutonun belində xüsusi açarların olduğu zəncir gəzdirdiyi göstərilmişdir. "Sailor Moon Crystal" animesində də bu aksesuarla təsvir edilir. Seylor Plutona müxtəlif ləqəblər verilmişdir: Dəyişkənlik döyüşçüsü,[9] İnqilab döyüşçüsü, Axirət döyüşçüsü və ən çox işlənən Zamanın qoruyucusu. Seylor Pluton olarkən şəxsiyyəti adi vətəndaş formasından fərqlənmir, lakin adi vətəndaş formasında güclərindən istifadə edə bilmir.
Seylor Pluton məkan və zamana nəzarət edə bilir,[9] buna görə də onun bu bacarığından istifadə etməsinin qarşısını almaq üçün Məkan-zaman darvazalarını qorumaq ilə vəzifələndirilmişdir. Bu vəzifəyə təyin olunarkən Yeni Kraliça Sereniti ona pozulmaması lazım olan 3 qanun demişdir: heç vaxt zaman səyahəti etməməli, heç vaxt darvazaları tərk etməməli və heç vaxt zamanı dayandırmamalı. Əgər o, zamanı dayandırsa, o zaman bunu həyatı ilə ödəyəcək.[10] Amma seriyanın gedişində Seylor Pluton hər 3 qanunu məcburiyyətdən pozmuşdur. Seylor Pluton əlində Almandin əsası daşıyır. Bu əsasının ən ucunda Almandin daşı var. Bu daşa Seylor Plutondan başqa Seylor Neptun və Seylor Uran da malikdir.
Seylor Pluton daha da güclü olduqdan sonra geyimi də buna uyğun olaraq dəyişmişdir. Geyimi ilk dəfə manqanın 39-cu aktında Pluton kristalına toxunduqdan sonra dəyişikliyə uğramışdır: geyimi Super Seylor Mununkinə bənzəmişdir. Amma özünə yeni ad verməmişdir. Animenin 167-ci seriyasında yeni geyimə sahib olmuş və özünü Super Seylor Pluton adlandırmışdır. Manqanın 42-ci aktında isə Əbədi Seylor Munun geyiminə bənzəyən geyimə malik olmuşdur.[11]
Şahzadə Pluton
Gümüş Minillikdə Seylor Pluton öz planetinin şahzadəsidir. Günəş sistemini şər qüvvələrdən qorumaq ilə vəzifələndirilmişdir. Şahzadə Pluton kimi Şaron qəsrində yaşamaqdadır və qara geyim geyinir. Bu halı ilə ilk dəfə manqanın 41-ci aktında peyda olmuşdur.
Xüsusi güclər və əşyalar
Setsuna adi vətəndaş formasında ikən güclərindən istifadə etmədiyi göstərilmişdir. Güclərindən istifadə etməsi üçün Dodaq əsası adlı əşyanı göyə qaldırması, "Plutonun gücü, toplan!" deməsi və Seylor Plutona çevrilməsi lazımdır. İlk dəfə "Şahzadə Kaquyanın sevgisi" adlı qısa manqa hekayəsində bu yoldan istifadə edərək Seylor Plutona çevrilmişdir. Pluton kristalını qazandıqdan sonra çevrilmək üçün "Plutonun kristal gücü" ifadəsindən istifadə etməyə başlamışdır. İlk dəfə bu ifadədən manqanın yeni geyiminə qovuşduğu 39-cu aktında istifadə etmişdir. Amma 3-cü dəfə yeni geyim əldə etdikdə yeni ifadədən istifadə etməmişdir. "Sailor Moon Crystal" animesində Setsunanın Seylor Plutona çevrildiyi göstərilməmişdir.
Seylor Plutonun gücləri məkan və zaman ilə bağlıdır. Astronomik və mifoloji səbəblərdən ötrü gücləri bir az da Seylor Saturnun dağıdıcı gücü ilə əlaqələndirilir. Seylor Plutonun hücumlarının adları tez-tez Roma mifologiyasında Plutonun hökmdarlıq etdiyi Yeraltı dünya ilə bağlıdır. İlk istifadə etdiyi güc Ölüm Fəryadı (破滅喘鳴 (デッド・スクリーム), Deddo Sukurīmu)[9] adlanır. Bu, onun animedə əsas hücumudur. Bu hücumdan istifadə edərkən lazım olan ifadəni qışqırmaq əvəzinə pıçıldayır. İngilis versiyasında bu hücum Pluton Ölüm Fəryadı adlanır.[12]
Manqada Seylor Pluton başqa hücumlardan da istifadə edir: Kronos Tufanı (時空嵐撃(クロノス・タイフーン), Kuronosu Taifūn)[9] və Qranat Topu.[13]
Seylor Pluton zamanı tamamilə dayandırmaq üçün kifayət qədər gücü var. Bu ona qadağan edilsə də, bundan həm manqada, həm animedə istifadə etmişdir. Hekayənin ikinci hissəsində Seylor döyüşçülərinə kömək etmək üçün Məkan-zaman darvazalarını tərk edən Seylor Pluton Şahzadə Demandın əlində 2 Əfsanəvi Gümüş Kristal görmüş və zamanı dayandırmışdır. Çünki iki Əfsanəvi Gümüş Kristalı bir-birinə toqquşdursa idi, bütün kainat məhv olacaqdı. Animedə bu gücündən Seylor Neptun və Seylor Uranı vertolyot partlayışından xilas etmək üçün istifadə etmişdir. Hər iki halda da öz canını qurban versə də, seriyanın növbəti hekayələrində yenidən həyata qayıtmışdır.
İstinadlar
- Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 212. ISBN 1-880656-72-8. OCLC 50898281.
- Episodes 68, 82, 115. SuperS movie.
- Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 282. ISBN 1-880656-72-8. OCLC 50898281.
- Episodes 82 and 85.
- Episode 182.
- Episode 82.
- "Onna No Ronsou". 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-06.
- Sailor Moon Musical 1998 Eien Densetsu kaiteiban (Senshuuraku) - Eikyuu Honzonban Video - FanKansha Event (Fan Appreciation Event)
- Takeuchi, Naoko. Act 39 // Pretty Soldier Sailor Moon. 14. Kodanşa. March 6, 1996. ISBN 4-06-178826-4.
- Acts 22-23.
- Takeuchi, Naoko. Act 42 // Pretty Soldier Sailor Moon. 15. Kodanşa. July 5, 1996. ISBN 4-06-178835-3.
- Wheeler, Robert; Bednarski, Dan; Wood, Tiffany. "Sailor Moon Uncensored: Episode 112". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-06.
- Act 32.