Seylor Merkuri

Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī)Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Merkuri
Seylor Merkuri "Sailor Moon Crystal" animesindən.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #2: "Ami — Seylor Merkuri" (1992)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıAmi Mizuno
İngilis versiyasıAmi Mizuna (Cloverway), Ami Anderson (DIC)
Növüinsan
Cinsiqadın
Doğum tarixi10 sentyabr (Qız)
Yaşı14-16
Boyu157 sm
Qan qrupuA(II)
Ləqəb(lər)iAmi, Merkuri şəhzadəsi, Qaranlıq Merkuri
KomandalarıSeylor döyüşçüləri, Kölgə Qalaktika, Qaranlıq Krallıq
Güclərisuyun bütün aqreqat hallarını idarə etmək, manipulyasiya etmək, super zəka

14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir.

Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir.[1] Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır.

"Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.

Profil

Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Ami manqaanimelərdə öz güclü intellektinə və zəkasına görə tanınır. Hətta animanqalarda onun IQ səviyyəsinin 300 olduğu vurğulanır. Zirək və çevik təsvir olunub, çətin vəziyyətlərdən çıxa bilir.[2][3] İntellekti ilə eyni səviyyədə adam olmadığına və utancaqlığına görə Ami Mizuno bir zamanlar dost tapmaqda çətinlik çəkirdi.[4] Ami mehriban, şirin, mülayim, sədaqətli, eləcə də azacıq təhlükəli kimi təsvir olunmuşdur. Seylor Mun və Seylor Marsın döyüşmələrindən xoşu gəlmir.[5] Anna Allison onu "yumşalmağa ehtiyacı olan güclü qız" kimi təsvir etmiş və onu "vicdanlı", "çalışqan" və "Usaqi olmayanda hər şey" adlandırmışdı.[6] Hekayənin əvvəlində o, anasına, müəllimlərinə və dostlarına arxalanır. Amma hekayənin gedişində daha güclü və əzmli olur. Seylor döyüşçüləri üzvləri arasında ən ağıllısı və ən başbilənidir. Komanda zehni cəhətdən çarəsiz qalanda xəcalət çəkir. Hekəyənin başlanğıcından Usaqi Tsukino və Makoto Kino ilə birlikdə Azabu Yuban Məktəbində oxuyur.

Hekayə ərzində Ami boş zamanlarını belə təhsil almaqla keçirir. Kitab oxumağı sevir. Anası kimi həkim olmağı arzulayır, hətta "Seylor Mun" seriyasının bir neçə manqasında arzusunu gerçəkləşdirmişdi. Musiqili filmlərdə isə həkim olmağı və Yaponiyadan xaricdə təhsil almağı arzulayır.[7] "Dream Yume wa Ookiku" (ドリーム 夢は大きく, Yuxular Çox Böyükdür.) mahnısının birinci hissəsində Aminin xaricdə təhsil almaq və böyümək ilə başqa birisi olmaq və gənc qız qalmaq arasında seçim etməli olduğu göstərilmişdi. Bu dilemmadan Ami ikinci varianta üstünlük vermişdir. Hekayənin gedişində Almaniyada təhsil almaq istəyir, lakin hava limanında Yaponiyada qalmağa və dostları ilə birlikdə şər qüvvələrə qarşı döyüşməyə qərar verir.[8][9]

Hobbiləri

Elməincəsənətə böyük əhəmiyyət verir, kitab qurdudur. Pop mədəniyyətdən və məhəbbət romanları oxumaqdan böyük zövq alır (baxmayaraq ki, bunu etiraf etməkdən utanır). Həm animelərdə, həm manqalarda Aminin əməksevərliyi təhsilində qaqa çevrilmişdir: Usaqi və dostları ev tapşırıqlarını etməyəndə onlara gülməli və məzəli sözlər deyir və onların yaxşı şagird olmalarını istəyir. Onun xarakteristikası Yaponiyanın təhsil sistemini izah edir.[10] Bəzən o, öz yaşındakı oğlanlara olan diqqətini nümayiş etdirir, bəzən isə onlardan xoşu gəlmir. Sevgi məktubları onun ən qorxduğu şeylərdən biridir,[11] bunun ona diqqətsizlik verəcəyini düşünür.[12] Animedə Aminin parta yoldaşı Ryo Urava onun şəxsiyyətini öyrənmiş və ona yaxınlaşmaq istəmişdir. Lakin bu uzun müddət davam etməmişdir.[13]

Kitab oxumaqla yanaşı Seylor Merkuri dincəlmək üçün şahmat oynayır və üzgüçülüklə məşğul olur.[11] Kompüterlər onun ən güclü nöqtəsidir, hətta məktəbdə bir klubun üzvüdür.[14] Bütün fənləri sevir, xüsusilə ən sevdiyi fənn riyaziyyatdır. Ən sevdiyi qidalar anmitsu, sendviç və hamaçi balığıdır.[11] Ən sevdiyi heyvan pişik,[15] ən sevdiyi rənglər akvamarin və göy, ən sevdiyi çiçək suzanbağı, ən sevdiyi qiymətli daş isə sapfirdir.

Ailəsi

Ami "Seylor Mun" hekayəsində ailə vəziyyəti izah edilmiş azsaylı personajlardan biridir. Ana və atası boşanmışlar. Anası Saeko ilə birlikdə yaşayır. Anası həkim olduğundan evdə tez-tez olmur. Ami anasına böyük hörmət bəsləyir və ondan nümumə götürür.[10] Atası Dr. Mizuno hekayədə yaxşı və əməksevər adam kimi təsvir edilsə də, qızı ilə çox vaxt keçirmir. Manqaanimelərdə atasının adı verilməsə də, rəssam və dizayner kimi göstərilib. Manqaya görə o, qızını və həyat yoldaşını heç vaxt ziyarət etmir. Atası meşədə rəssamlıqla məşğul olanda evə qayıtmamaq qərarı vermişdir, amma ad günlərində Amiyə açıqcalar göndərir. Ami buna görə (həmçinin boşanmanın Yaponiyada tabu olması[16]) valideynlərinin eqoistliyinə görə qəzəblənir.[17] Amma Ami hər dəfə atasına öz xarakteristik cəhətlərini nümayiş etdirməyə çalışır.[18] Manqaya görə Aminin anası varlıdır və onlar kondominiumda yaşayırlar.[19] Hekayələrin birində Ami Seylor döyüşçülərinin Ayda tapdıqları qılıncın gücünü sınamaq üçün onla almazı parçalayır. (Almaz ən möhkəm materialdır.) Qızlar almazın parçalanmasına görə panikaya düşürlər,[19] amma Ami anasında bundan çox olduğunu bildirir. Ami utancaq birisidir. İctimaiyyət arasında eynək taxır, halbuki buna ehtiyacı yoxdur.[20] Usaqi ilə tanış olmazdan qabaq məktəbdə heç bir dostu olmamışdır və həmişə yeməkxanada yeməyi təkbaşına yemişdir.[21] Usaqi onunla tanış olduqdan sonra Aminin mülayim bir qız olduğunu, kitab qurdundan artıq olduğunu görmüşdür. 34-cü seriyada Aminin anası dostlarının ona pis təsir göstərdiyini düşünmüş və onu başqa məktəbə köçürmək istəmişdir. Amma Ami buna qarşı çıxmış, söhbətdən yayınmış, evdən çıxaraq gecəni Seylor Marsın yanında keçirmişdir. Daha sonra Ami anasına həyatının təhsildən vacib olduğunu demiş, anası da onu başa düşmüşdür.[22]

Ami mülayim şəxs olmaqla yanaşı, qovğalardan və dinc insanlara zərər verənlərdən nifrət edir. Bu cəhəti animenin "Sevgiyə inan. Ami, mehriban ürəkli döyüşçü" seriyasında göstərilmişdir. Bu seriyada Seylor Merkuri Seylor Uran və Seylor Neptunu Seylor Saturnu öldürmək fikrindən daşındırmışdır. Yoldaşları kimi Seylor Muna olan sədaqəti sonsuzdur, lazım gələrsə, öz həyatını onun yolunda fəda edə bilər.

Aspektlər və formalar

Seylor Merkuri müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, güclərə, dəyişmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyünə görə Ami Gümüş Minillik dövründən XXX əsrə qədər yaşamışdır. Hekayənin gedişində müxtəlif qabiliyyətlərə yiyələnmişdir.

Seylor Merkuri

Ami Seylor döyüşçüləri komandasında Seylor Merkuri kimi çıxış edir. Göy- rəngli paltar geyinir. Hekayənin əvvəlində Aminin geyimi qolsuz idi. Ami hər qulağına 3 göy zaponka taxıb. "Sailor Moon Crystal" animesində Seylor Merkurinin geyimi manqadakından fərqlənmir, sadəcə sağ qulağında cəmi 1 göy zaponka olduğu halda, sol qulağında 3 göy zaponka var. Hekayə ərzində Amiyə müxtəlif ləqəblər verilmişdir: Su döyüşçüsü, Zəka,[23] Müdriklik və Ədalət döyüşçüsü,[24] İmtahan və Sevgi döyüşçüsü.[12] Adi vətəndaş halı ilə şəxsiyyəti arasında fərq yoxdur, lakin bu formasında güclərindən istifadə edə bilmir.

Yapon dilində Merkuri Suisei (水星) adlanır. Bu sözün ilkin mənası "su", ikinci mənası isə "səmavi cisim"dir. Roma mifologiyasından götürülən ada baxmayaraq personaj üzərində yapon mifologiyası mövzusu işlənmişdir.[25] Buna görə də Aminin gücləri su ilə əlaqədardır. Əvvəlcə gücləri hücuma meyilli olmaqdan daha çox strateji xarakterli idi.[4] Yanında daşıdığı texnoloji alətlər ona düşmənlərini öyrənməyə kömək edir.

Seylor Merkuri güclü və qüvvətli olduqdan sonra əlavə güclər əldə etmişdir və geyimləri də buna uyğun dəyişmişdir. Geyimi ilk dəfə manqanın 35-ci aktında Merkuri kristalından istifadə etdikdən sonra dəyişmişdir və geyimi Super Seylor Mununkinə çox bənzəmişdir. Amma özünə yeni ad verməmişdir.[17] Animenin 143-151-ci seriyalarında da eyni hal yaşanmış və özünü Super Seylor Merkuri adlandırmışdır.[18] Manqanın 42-ci aktında Əbədi Seylor Muna bənzəyən yeni geyimə sahib olmuşdur.[26]

Qaranlıq Merkuri

"Gözəl Qoruyucu Seylor Mun" teleserialında Ami Mizunonun Qaranlıq Krallıq tərəfindən ələ keçirilib Qaranlıq Merkuriyə çevrildiyi göstərilmişdir.

İstinadlar

  1. Takeuchi, Naoko. Materials Collection. Kodansha. September 1999. səh. 12. ISBN 4-06-324521-7.
  2. Ami herself makes this statement in the first musical, Gaiden Dark Kingdom Fukkatsu Hen.
  3. 1998 Sailor Moon musical Eien Densetsu, after Dream Yume wa Ookiku - Ami converses with the evil Mamoru, who is the new PE teacher and named "Tony Chiba." She initially thought Mamoru was a Harvard Professor, and spoke to him in English. In the anime, episode 108, she speaks fluently at a party put on by one of Mamoru's professors.
  4. Takeuchi, Naoko. Act 2 // Pretty Soldier Sailor Moon. 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
  5. Doi, Hitoshi. "Pretty Soldier Sailor Moon S episode 97". 1994-05-29. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-18.
  6. Allison, Anne. "A Challenge to Hollywood? Japanese Character Goods Hit the US". Japanese Studies. Routledge. 20 (1). 2000: 67–88. doi:10.1080/10371390050009075.
  7. 1998 Sailor Moon Musical Eien Densetsu kaiteiban and 2000 Sailor Moon Musical Last Dracul Jokyoku
  8. Episode 62, featuring the song "Onaji Namida wo Wakeatte" ("Sharing the Same Tears"), or English-dubbed episode 56, with the song "Only a Memory Away."
  9. Allison, Anne. Sailor Moon: Japanese Superheroes for Global Girls // Timothy J. Craig (redaktor ). Japan Pop!: Inside the World of Japanese Popular Culture. M.E. Sharpe. June 2000 [2000]. səh. 276. ISBN 978-0-7656-0561-0.
  10. "Samples from Warriors of Legend". 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
  11. Takeuchi, Naoko. Back of volume // Pretty Soldier Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
  12. Takeuchi, Naoko. Exam Battle: Ami-chan no Hatsukoi // Pretty Soldier Sailor Moon. 13. Kodansha. ISBN 4-06-178820-5.
  13. Urava 27 və 41-ci seriyalarda ortaya çıxmışdır.
  14. Takeuchi, Naoko. Act 43 // Pretty Soldier Sailor Moon. 16. Kodansha. September 6, 1996. ISBN 4-06-178841-8.
  15. Bobagirl. "Bandai Mercury". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-18., from http://www.bobagirl.com/ Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine, uploaded on request for the Sailor Moon Wikiproject. Lists other stats as well.
  16. Bumiller, Elisabeth. The Secrets of Mariko: A Year in the Life of a Japanese Woman and Her Family. Vintage. October 29, 1996. ISBN 0-679-77262-6.
  17. Takeuchi, Naoko. Act 35 // Pretty Soldier Sailor Moon. 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
  18. Petrow, Joe. "Pretty Soldier Sailor Moon SuperS Episode 151". Hitoshi Doi. 1996-04-21. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-18.
  19. Takeuchi, Naoko. Act 11 // Pretty Soldier Sailor Moon. 3. Kodansha. April 6, 1993. ISBN 4-06-178744-6.
  20. Pretty Guardian Sailor Moon, Act 5.
  21. Pretty Guardian Sailor Moon, Act 2 et seq.
  22. Pretty Guardian Sailor Moon, Acts 33 and 34.
  23. Takeuchi, Naoko. Act # // Pretty Guardian Sailor Moon Shinsouban. 1. Kodansha. September 22, 2003. ISBN 4-06-334776-1. Also included in her Pretty Guardian Sailor Moon introductory speech, Act 2 et al.
  24. Takeuchi, Naoko. Act 23 // Pretty Soldier Sailor Moon. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  25. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 286. ISBN 1-880656-72-8. OCLC 50898281.
  26. Takeuchi, Naoko. Act 42 // Pretty Soldier Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.