Seyidnisə Seyidrzayeva

Seyid-Nisə Seyid-Rzayeva (15 noyabr 1947, Bakı6 avqust 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (2015).[1][2]

Seyidnisə Seyidrzayeva
Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı
Doğum tarixi 15 noyabr 1947(1947-11-15)
Doğum yeri
Vəfat tarixi 6 avqust 2015(2015-08-06) (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d]
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi (1980)
Təhsili

Həyatı

Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhər 31 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almışdır. Seyid-Nisə xanım təyinatla 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlamışdır. O, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi,2015-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. "Yarımkeçiricilər fizikası" üzrə dosent elmi adına layiq görülən Seyid-Nisə Seyid-Rzayeva ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.[1]

Seyidnisə Seyidrzayeva 2015-ci il avqustun 6-da avtomobil qəzasında dünyasını dəyişmişdir.

  • Elmi əsərlərinin sayı-73
  • Xaricdə dərc olunan əsərlərinin sayı-32
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-21
  • Dil bilikləri- Azərbaycan, Rus və İngilis

Əsas elmi nəticələri

1. Qadağan zonası olmayan HgTe və CdxHg1-xTe yarımkeçiricilərində kinetik effektlərin nəzəriyyəsini qurmuşdur. Bu nəzəriyyə HgTe və CdxHg1-xTe –un (x<0.16) keçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin temperatur asılılığında 30 K temperatur ətrafında minimumun yaranmasına aid eksperimenti izah edir.

2. Yarımkeçirici yarımmaqnit nanoboruda böyük radiuslu Frölix polyaronun nəzəriyyəsini qurmuşdur. Göstərilmişdir ki, sərbəst elektronlar və maqnit ionlarının lokallaşmış elektronları arasında mübadilə qarşılıqlı təsiri polyaronun əlaqə enerjisini və effektiv kütləsini azaldır.

Əsas elmi əsərləri

1. S. M. Seyid-Rzayeva. "İnfluence of the screeninq effect on polaron energy in a nanotube." Physika Scripta 85(2012), 035707, p. 1–5.

2. S. M. Seyid-Rzayeva. "Phonon-polaron effekt in diluted magnetic semiconducting nanotubes." Low dimensional systems and nano-structures. Physica Е 44 (2012), p. 1945–1949.

3. S. M. Seyid-Rzayeva. "Effect of screeninq on the phonon-polaron states in a nanotube of diluted magnetic semiconductor" Low temperature Physics, v. 39, No 6, (2013), p. 642–648

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.