Seyidnəzər Seydi

Seyidnəzər Seydi (1775[1][2], Lebap vilayəti1836[1][2]) — Türkmənistan şairi.

Seyidnəzər Seydi
türkm. Seýdi
Doğum tarixi 1775[1][2]
Doğum yeri
Vəfat tarixi 1836[1][2]
Fəaliyyəti yazıçı, şair, hərbi lider[d]
Vikimənbənin loqosu Seyidnəzər Seydi Vikimənbədə

Həyatı

1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib.[3]

Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük narazılığa səbəb olur. Bütün bunlar Seydinin yaratdığı bədii nümunələrdə də yer alıb.

Şairin günümüzə gəlib çatan “Qaldın, xoş indi”, “Dönməm, bəylər”, “Olduğu vardır”, “Ensarının igidləri”, “Qoçaqlar”, “Gəlin”, “İgidlər”, “Görülsün indi”, “Çıxıb gedəlim”, “Biçarə olub gəldik”, “Qarı səvaba”, “Dövranı vardır”, “Mübarək olsun”, “Dövrandan ayrıldıq” və s. şeirləri bədii dəyərinə, məzmuna görə bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Şair Qarrıqala türkmənləri ilə birlikdə Qacarlara tabe olmaqdan boyun qaçırır. Qacar sərkərdəsi Əhmədalı Mirzə ilə Qarrıqala türkmənləri arasında döyüş baş verir. 1830-cu ildə döyüşlərin birində şair həlak olur.

İstinadlar

  1. Seĭdi // Faceted Application of Subject Terminology.
  2. Seidi // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. Savalan Fərəcov. ""Elim üçün şirin candan keçərəm mən..."". anl.az (az.). 2017-04-28. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.