Seyidlər (Saatlı)
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Seyidlər | |
---|---|
39°53′52″ şm. e. 48°18′01″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Əhalisi
Əhalisinin sayı 1133 nəfərdir.[3]
Din
Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
- "Azərbaycan Respublikası Saatlı rayonunun Seyidoba kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
- MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)