Seyid Qara Məhəmməd
Seyid Qara Məhəmməd – XIX əsrdə seyid kimi tanınmış biri.[1]
Seyid Qara Məhəmməd | |
---|---|
Seyid Qara Məhəmməd Seyid Səfi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Əhər, Qacarlar dövləti |
Vəfat yeri | Kərbəla, İraq |
Həyat yoldaşı | Ayna |
Uşaqları |
Seyid Kazım Seyid Ağa Mir Seyid Həşim Seyid Möhsün |
Həyatı
Seyid Qara Məhəmməd Seyid Səfi oğlu XIX əsrin əvvəllərində ailəsi ilə Cənubi Azərbaycanın Əhər şəhərini tərk edərək Qarabağa gəlmişdir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1848 və 1860 illər Şuşa şəhərində yaşamış seyidlərin siyahıya alınması sənədlərindən Seyid Qara Məhəmməd Şuşa şəhərində yaşadığı məlum olur. O, təxminən 1818 ildə anadan olmuşdur.
Şuşa şəhərində, Şuşa qəzasının Seyidli kəndində (indiki Ağdamın Seyidli kəndi) yaşayan Seyid Qara Məhəmməd Seyid Səfiəddin oğlu Qarabağdan Kərbəlaya ziyarətə gedən zəvvarlara başçılıq etmişdi. Həmin illərdə ziyarətə gedən zəvvarların karvanları səfər zamanı qarətə məruz qalır, özləri qətlə yetirilirdi. Seyid Qara Məhəmmədin İraqda ağır seyid kimi tanınması onunla ziyarətə gedən zəvvarları quldur talanlarından xilas edirdi. Seyid Qara Məhəmmədin ziyarətdən Qarabağa hər qayıdışı isə böyük bayram kimi qarşılanırmış. Camaat Nənəşlər deyilən daş yola yığışar, Ağanın adına qurbanlar kəsərmişlər.[1]
Seyid Qara Məhəmməd görkəmcə hündürboy, qarabəniz adam olmuşdur. O, Kərbəlaya 16 dəfə ziyarətə getmiş, 17-ci ziyarəti zamanı Kərbəlada dünyasını dəyişmişdir. Seyid Qara Məhəmməd Seyid Səfi oğlu ocağın yaxınlığında torpağa tapşırılmışdır. Dindarların ziyarətgah yeri sayılan Ağanın məzarına nəzirlər verilərmiş.
Seyid Qara Məhəmməd öz dövrünün böyük nüfuz sahibi olmuşdur. Seyid Qara Məhəmmədin həyat yoldaşı Aynadan Seyid Kazım (onun adına Seyid Məhəmməd də deyilmişdir), Seyid Ağa Mir, Seyid Həşim, Seyid Möhsün adlı dörd oğlu olmuşdur.[1]
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Seyid Qara Məhəmmədin oğlu Seyid Həşimin nəticəsidir
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Seyid Qara Məhəmmədin oğlu Seyid Həşimin kötücəsidir.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Seçilmişlər. "Bütöv Azərbaycan" qəzeti, 06-12 iyun 2012-ci il. №19(151)
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
- Orxan Zakiroğlu (Baharlı). Seçilmişlər. "Bütöv Azərbaycan" qəzeti, 06-12 iyun 2012-ci il. №19(151)
- Orxan Zakiroğlu (Baharlı). Seyid Səfinin övladları. “Soy” dərgisi, № 4 (36), 2010-cu il
- Orxan Zakiroğlu (Baharlı). İmam-Peyğəmbər övladı – Seyid Həşim. “Qarabağ” qəzeti, 15-28 mart 2013-cü il, № 05-06 (545-546)
- Orxan Zakiroğlu (Baharlı). Qarabağ torpağının seyid övladı. "Təzadlar" qəzeti, 28 may 2013-cü il, № 54 (1791)
- Orxan Zakiroğlu (Baharlı). Seyid Səfi nəslinin İman-Peyğəmbər övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 22 fevral-01 mart 2013-cü il, № 06 (116)
Həmçinin bax
- Seyidli oymağı
- Ağdam rayonunun Seyidli kəndi
- Seyid Həşim
- Seyid Möhsün
- Məmməd Murtuza bəy oğlu Məmmədov
- Zakir Cabbar bəy oğlu Məmmədov