Seyid Qütb

Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906[1]29 avqust 1966[2][3], Qahirə), xalq arasında Seyid Qütb kimi tanınan Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950-1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-QaidəİŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur.[4]

Seyid Qütb
ərəb. سَيِّد قُطْب
Doğum tarixi 9 oktyabr 1906(1906-10-09)[1]
Vəfat tarixi 29 avqust 1966(1966-08-29)[2][3] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Təhsili
  • Qahirə Universiteti[d],
  • Şimali Kolorado Universiteti[d]
Fəaliyyəti siyasətçi, yazıçı, filosof, jurnalist, şair, yazıçı-dokumentalist[d], inqilabçı
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 kitabın[5] 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış[6] və minimum 581 məqalənin[7], o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir.[8]

Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib.[9]

Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik[10] və zorakılıq kimi qiymətləndirirdi.[11]. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.[12] [13] Qütb davamçıları tərəfindən böyük mütəfəkkir və İslam şəhidi [14] kimi təsvir edilsə də, bir çox müşahidəçilər onu Əl-Qaidə[15] kimi zorakı islamçı radikal qruplar üçün islamçı ideologiyanın əsas yaradıcısı[16] və ilham mənbəyi kimi görürlər.[17] [18] Qütb XX əsrin görkəmli islamçı ideoloqlarından hesab olunur. Şəhidlik statusu ilə güclənən Qütbün cahiliyyə ilə bağlı fikirləri və şəriətin tətbiqini tövhidlə yaxından əlaqələndirməsi müasir islamçı və cihadçı hərəkatlara böyük təsir göstərmişdir.[19] Bu gün onun tərəfdarlarını "Qütbist" və ya "Qütbi" adlandırırlar.

Həmçinin bax

İstinadlar

  1. http://global.britannica.com/biography/Sayyid-Qutb.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Sayyid Qutb // Encyclopædia Britannica (ing.).
  4. Manne. "Sayyid Qutb: Father of Salafi Jihadism, Forerunner of the Islamic State". ABC News. 7 Kasım 2016. 16 Ocak 2019 tarixində arxivləşdirilib.
  5. John L. Esposito, Islam and Politics, Syracuse University Press (1998), p. 139
  6. Badmas 'Lanre Yusuf, Sayyid Quṭb: A Study of His Tafsīr, The Other Press (2009), p. 89
  7. Badmas 'Lanre Yusuf, Sayyid Quṭb: A Study of His Tafsīr, The Other Press (2009), p. 85
  8. Sayed Khatab, The Political Thought of Sayyid Qutb: The Theory of Jahiliyyah, Routledge (2006), p. 161
  9. The Political Thoughts of Sayyed Qutb, Ch. 3, p. 56
  10. "'Qutb: Between Terror And Tragedy' by Hisham Sabrin". 27 Eylül 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Haziran 2006.
  11. "America at a Crossroads | JIHAD: The Men and Ideas behind Al Qaeda". PBS. 18 Şubat 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Ekim 2022.
  12. Stahl, A.E. "'Offensive Jihad' in Sayyid Qutb's Ideology."
  13. Qutb, Milestones, (2003) pp. 63, 69
  14. "Syed Qutb". 17 Ekim 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Şubat 2015.
  15. "Robert Irwin, "Is this the man who inspired Bin Laden?"". 19 Şubat 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Temmuz 2023.
  16. The Osama Bin Laden I Know Error in Webarchive template: Empty url., Peter L. Bergen] pp. 18–20
  17. "Out of the Shadows: Getting ahead of prisoner radicalization" (PDF). PBS. 23 Nisan 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 Ekim 2022.
  18. Trevor Stanley. "The Evolution of Al-Qaeda: Osama bin Laden and Abu Musab al-Zarqawi". 29 Haziran 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Şubat 2015.
  19. "Sayyid Qutb (1906–1966)". Internet Encyclopedia of Philosophy. 29 Mayıs 2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.