Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928[1], Qum[1] – 31 avqust 1978, yoxa çıxma[d]) — İran islamşünas alimi.
Seyyid Musa Sədr | |
---|---|
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr | |
Doğum tarixi | 15 aprel 1928 və ya 15 may 1928[1] |
Doğum yeri |
|
Yoxa çıxıb | |
Vəfat tarixi | 31 avqust 1978 (50 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, ilahiyyatçı, axund |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır.
Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.
Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir.
Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Müsa Sədr öz fəaliyyətlərinə Sur şəhərində imam-camaatlıqla başlayır. Qısa bir müddətdə əmin olur ki, ölkədəki məhrumiyyətlərin əsas səbəbi ideoloji və iqtisadi yoxsulluqdur. Həftədə iki dəfə Beyruta gedib orada çıxışlar edən Musa Sədr xalqın etimadını qazanır və Livanda irimiqyaslı islahatlara başlayır. Həmin vaxt Livan məktəblərinin dərs proqramları Fransanın mənafelərinə xidmət edən qüvvələr tərəfindən hazırlanırdı. Musa Sədr bir zaman babası Şərəfəddin tərəfindən Beyrutda təsis olunmuş mədrəsənin fəaliyyətlərini gücləndirir və bu mədrəsə qısa bir zamanda universitetə çevrilir. Üzücü fəaliyyətlər Musa Sədrin ciddi təlaşları sayəsində Livanda sənət məktəbi, xeyriyyə cəmiyyəti, qadın təşkilatı, tibb bacıları hazırlayan məktəb, tibbi xidmət şö`bələri, xalçaçılıq sexləri açılır. Musa Sədr Livanda ən adi haqlardan məhrum şiələr üçün məclis tə`sis edir, ciddi müxalifətə baxmayaraq şiələrin parlamentdə təmsil olumasına nail olur. Məntəqədəki yağı düşmənlə mübarizə üçün "Məhrumlar hərəkatı" yaradılır. Bu ictimai təşkilatın ardınca "Əməl" hərbi təşkilatı təsis edilir. Musa Sədr müxtəlif dini əqidələrin səhnədə olduğu Livanda öz sülh və dostluq şüarı ilə qəlblərə yol tapır. Onu təkcə şiələr yox, sünni məzhəbli müsəlmanlar və başqa din ardıcılları Livanın xilaskarı sayır. Musa Sədr Livandakı iyirmi illik fəaliyyəti dövründə məntəqədəki siyası durumu dəyişməyə müvəffəq olur.
Onun Avropa, Afrika ölkələrinə səfərləri Livana yeni münasibətin formalaşmasında mühüm rol oynayır… Amma 1978-ci ildə, ağrısı hələ də yaşanan bir gündə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış imam Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxdı. Özünü "yer üzündə Allahın xəlifəsi" sayan Liviya prezidenti Müəmmər Qəzzafi bu gün imam Musa Sədrin oğurlanmasında əsas fiqur sayılır. Musa Sədrin oğurlanması İslam dünyasında, imanlı insanlar arasında böyük təlatüm yaratsa da, bu müəmma hələ də öz həllini tapmamışdır.
Soyu
Şərafətli Sədr ailəsi şiələrin yeddinci imamı imam həzrət Musa Kazim nəslindən, ələvi seyidləri silsiləsindən sayılır. Bu pak nəsil uzun əsrlər Sədr və Şərəfüddin silsilələri ilə davam etmişdir. Bu nəsildən böyük elmi, siyasi, ictimai şəxsiyyətlər ərsəyə gəlmiş, onların hər biri İran, İraq və Livanda elm və cihad öncülü olmuşdur. Seyid Saleh, Seyid Şərəfüddin imam Musa Sədrin babalarındandır. Bu mücahid alim Hicri-qəməri tarixi 1112-ci ildə Livanın cənubunda Sur şəhərinin tabeliyində olan Şəhur kəndində dünyaya göz açmış və orada yaşamışdır. Osmanlı sərkərdə Əhməd Cərrar Cəbəl-Amildə şiə alimlərini qətliam edərkən Seyid Şərəfüddin onunla mübarizəyə qalxmışdır. Cərrarın adamları Seyid Şərəfüddinin Seyid Hibtullah adlı cavan oğlunu onun gözü qarşısında öldürdülər. Seyid Şərəfüddin özü həbs olunub uzun müddət Əkka şəhərində zindanda saxlanıldı. Zindandan çıxan alim İraqa hicrət etdi və Nəcəf şəhərində həmişəlik məskunlaşdı. O, Hicri-qəməri təqvimi ilə 1198-ci ildə dünyasını dəyişmişdir.
Seyid Salehin digər bir oğlu Ayətullah Seyid Sədrəddin Sədr (h.q. 1193–1262) öz dövrünün Nəcəf alimlərindən, müctəhidlərindən biri idi. O böyük müctəhid Şeyx Cəfər Kaşiful-Ğitanın qızı ilə evlənmişdi. Seyid Sədrəddin Nəcəfdən İsfahana hicrət etmiş, həmin şəhərdə məskunlaşmışdır. Bu böyük alimin İsfahanda beş oğlu dünyaya gəlmiş və onların hər biri dəyərli alim olmuşdur. Onların kiçiyi Ayətullah Seyid İsmayıl Sədr idi. O beş yaşında ikən atasını itirir. Seyid İsmaili qardaşı Seyid Məhəmməd Sədr, "Ağa Müctəhid" adı ilə tanınmış şəxs himayəyə götürür. O, Seyid İsmailə sərf-nəhv, məntiq və bəyan elmlərini öyrədir. Seyid İsmail on dörd yaşında olarkən qardaşını da itirir. Həmin vaxtdan onun təlim-tərbiyəsi ilə Şeyx Məhəmmədbağır İsfahani adlı alim məşğul olur. Seyid İsmail vaxtı fövtə vermədən təhsillə məşğul olur, qısa bir müddətdə tanınmış din alimlərindən, təqvalı şəxslərdən biri kimi tanınır. O, Hicri-qəməri təqvimi ilə 1339-cu ildə Kazimeyndə dünyasını dəyişmişdir. Bu böyük müctəhidin dörd oğlu olmuşdur: Seyid Sədrəddin, Seyid Məhəmməd Mehdi, Seyid Heydər, Seyid Məhəmməd Cavad. Bu dörd övladın hər biri Nəcəf və Kazimeyn şəhərinin tanınmış elmi şəxsiyyətlərindən, təqlid mərcələrindən olmuşdur.
Seyid Sədrəddin Sədr, yəni İmam Musa Sədrin atası Hicri-qəməri təqvimi ilə 1298-ci ildə Kazimeyndə dünyaya gəlmişdir. O, elə həmin şəhərdə də müqəddimə elmləri atasından öyrənmişdir. Sonradan Kərbəlaya getmiş, Şeyx Həsən Kərbəlayinin hüzurunda elmin yüksək dərəcələrinə yiyələnmişdir. Sonra atasının tövsiyəsi ilə Nəcəfə hicrət etmiş, Axund Xorasani və Seyid Kazim Yəzdinin "xaric" dərslərində iştirak etmiş və nəhayət ictihad dərəcəsinə çatmışdır. Bu alim öz dövründə Nəcəfdə mütərəqqi hərəkatlara rəhbərlik etmişdir. Onun adı hələ də İraqın ədəbi hərəkatında hörmətlə yad olunur. Bu şəxs İrana hicrət edib Məşhəddə məskunlaşdıqdan sonra Ayətullah-üzma Hacı Ağa Hüseyni Qumminin qızı ilə evlənmişdir. Qum elmi hövzəsinin təsisçisi Şeyx Əbdülkərim Hairi-Yəzdinin dəvəti ilə o, Qum şəhərinə hicrət etmiş, mərhum Hairi dünyasını dəyişdikdən sonra Ayətullah Xansari və Ayətullah Höccət ilə birlikdə Qum elmi hövzəsini idarə etmişdir. Mərhum Ayətullah Bürucerdi Quma gəldiyi vaxt böyük alicənablığa malik Ayətullah Sədr xanım Məsumənin hərəmində öz pişnamaz yerini Ayətullah Bürucerdiyə vermişdir. Həmin vaxtdan sonra bir daha orada pişnamaz dayanmamışdır. Ayətullah Seyid Sədrəddin Sədr Qum elmi hövzəsində fiqh, üsul dərslərini tədris etməklə yanaşı şagirdlər tərbiyə etmiş, elmi, mədəni və tibbi xidmətlər göstərmişdir. Bu şəxs məzhəblər arasında vəhdət üçün çalışan öncüllərdən olmuşdur. Bu məqsədlə "Əl-Mehdi" kitabını tərtib etmiş, bütün dəlilləri sünni kitablarından iqtibas etmişdir. Nəhayət, uzun illər fəaliyyətdən sonra Hicri-qəməri 1373-cü ildə dünyasını dəyişmiş, həzrət Məsumənin hərəmi civarında dəfn olunmuşdur.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #11904207X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- http://imamsadr.net/Publication/publication_info.php?ID=58.
Xarici keçidlər
- "İmam Musa Sədr kimdir? (I hissə)" ( (az.)). islamazeri. 2017-05-17. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- "İmam Musa Sədr kimdir? (II hissə)" ( (az.)). islamazeri. 2017-05-18. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- "İmam Musa Sədr kimdir? (III hissə)" ( (az.)). islamazeri. 2017-05-19. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- "Musa Sədrin kilsədə, xristianlar qarşısında etdiyi məşhur, tarixi ÇIXIŞ" ( (az.)). islamazeri. 2017-05-12. 2017-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
- İmam Musa Sədr Bakıya gələndə çəkilən şəkil Arxivləşdirilib 2019-02-02 at the Wayback Machine