Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri.[1]
Seyid Həşim | |
---|---|
Seyid Həşim Seyid Qara Məhəmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Dəfn yeri | Ağdam |
Həyat yoldaşı | Mələk xanım Məhəmmmədalı bəy qızı |
Uşaqları |
Seyidə Ayna Əziz Talıb Qayıb Talıb |
Atası | Seyid Qara Məhəmməd Seyid Səfi oğlu |
Anası | Ayna xanım |
Həyatı
Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.[1]
Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.[1]
Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.[1]
Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Onların nəslinə mənsub insanlardan biri də – AMEA-nın müxbir üzvi, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovdur. O, ana tərəfdən Seyid Qara Məhəmmədin kötücəsi, Seyid Həşimin nəticəsi, Seyidə xanımın nəvəsidir.[1]
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Seyid Həşimin qızı Seyidə xanımın nəticəsidir.
Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alankən şəhid olmuş Zakir Cəfərov Seyid Həşimin oğlu Talıb Məmmədovun nəticəsidir.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Seçilmişlər. "Bütöv Azərbaycan" qəzeti, 06–12 iyun 2012-ci il. № 19(151)
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
- Orxan Zakiroğlu (Baharlı). Seçilmişlər. "Bütöv Azərbaycan" qəzeti, 06–12 iyun 2012-ci il. № 19(151)
- Orxan Zakiroğlu (Baharlı). Seyid Səfinin övladları. "Soy" dərgisi, № 4 (36), 2010-cu il
- Orxan Zakiroğlu (Baharlı). İmam-Peyğəmbər övladı – Seyid Həşim. "Qarabağ" qəzeti, 15–28 mart 2013-cü il, № 05–06 (545–546)
- Orxan Zakiroğlu (Baharlı). Qarabağ torpağının seyid övladı. "Təzadlar" qəzeti, 28 may 2013-cü il, № 54 (1791)
- Orxan Zakiroğlu (Baharlı). Seyid Səfi nəslinin İman-Peyğəmbər övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 22 fevral-01 mart 2013-cü il, № 06 (116)
Həmçinin bax
- Seyidli oymağı
- Ağdam rayonunun Seyidli kəndi
- Seyid Qara Məhəmməd
- Seyid Möhsün
- Məmməd Murtuza bəy oğlu Məmmədov
- Zakir Cabbar bəy oğlu Məmmədov
- İldırım xan və Çərkəz bəy qardaşları