Seyid Hüseyn Nəsr
Seyid Hüseyn Nəsr (fars. سید حسین نصر; 7 aprel 1933[2][3], Tehran[1]) — İran filosofu, Corc Vaşinqton Universitetinin İslam araşdırmaları və tədqiqatları institutunun direktoru.
Seyid Hüseyn Nəsr | |
---|---|
سید حسین نصر | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vətəndaşlığı | Amerika |
Milliyyəti | İranlı |
Elmi dərəcəsi | |
İş yeri | Corc Vaşnqton Universiteti |
Təhsili | |
Tanınır | Filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Seyid Hüseyn Nəsr 1933-cü ildə İranın Tehran şəhərində dünyaya gəlmişdir. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr o zamankı mədrəsə dərslərinin kənarında Fransız dilinidə mükəmməl öyrənmişdir.
Yaradıcılığı
Cavanlıq Yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr almışdır. Harvard Universitetində Fəlsəfə və elm tarixi ixtisasında Magistr və Doktorantura medafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur. Sonradan Şərif Texnologiya Universitetinin qurucusu və ilk rektoru olmuşdur. İran İslam İnqilabından sonra o yenidən Amerikaya qayıtmışdır.
Əsərləri
Əsərləri fəlsəfə, mistika, ənənəçilik və modern dünya fəlsəfəsi haqqındadır. Seyid Hüseyn Nəsr müsəlmanın öz imanı ilə hətta bütöv Qərbə qarşı dura biləcəyi fikrindədir: «Çökməkdə olan gizlin azmaq zəncirindən qurtulmağın bir tək yolu vardır. Bu da İslamın hər cür şərtlərin fövqündə olan dəyişməz və sonsuz səbəblərinə inancla bağlanmaq və sonra da bu səbəbləri müsəlmanların qarşısına çıxan hər cür vəziyyətə və onları irəli aparan hər cür dünyaya uyğunlaşdırmaqdır.[4]
İstinadlar
- Deutsche Nationalbibliothek Record #119382008 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Sayyid Ḥusayn Naṣr // AlKindi.
- Seyyed Hossein Nasr // Babelio (fr.). 2007.
- Seyid Hüseyn Nasr. İslam ve Modern İnsanın Çıkmazı, s. 172