Seyid Cəmaləddin Vaiz İsfahani
Seyid Cəmaləddin Vaiz İsfahani (1862–1908) — ruhani, inqilab xadimi.
Seyid Cəmaləddin Vaiz İsfahani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İsfahan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | jurnalist, siyasətçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı.
Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur.
Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu.[1]
Mənbə
- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
- Mirzə Yəhya Dövlətabadi, Həyati Yəhya və ya tarixi-müasiri-İran, II cild, Tehran, 1327, səh.66.
Həmçinin bax
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.