Seyid Əhməd Orlat
Əhməd | |
---|---|
Seyid Əhməd Orlat | |
Şəki hökmdarı | |
yanvar, 1399 – 1423/1424 | |
Əvvəlki | Seyid Əli Orlat |
Şəxsi məlumatlar | |
Atası | Seyid Əli Orlat |
Dini | İslam |
Xronologiya
- Seyid Əhməd yanvar 1399-cu il tarixdə atası Seyid Əlinin Alıncaq qalası yaxınlığında baş vermiş döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdir.
- 1399-cu ilin son aylarında Əmir Teymur öz ordusu ilə Qarabağda qışlayarkən, Seyid Əhməd Şirvana – Şirvanşah Şeyx İbrahimin yanına getmiş və ondan Əmir Teymurun Şəkiyə gözlənilən hücumunun qarşısının alınmasında və Əmir Teymurla münasibətlərinin yaxşılaşdırılmasıda yardımçı olmasını xahiş etmişdir. Şirvanşah Şeyx İbrahim Seyid Əhəmdi Qarabağa – Əmir Teymurun yanına aparmış və nəticədə Əmir Teymur tərəfindən "atasının (Seyid Əli Orlatın) mənsəb və məqamı ona əta edil"mişdir.
- Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hüçum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar[1].
İstinadlar
- İlğarçılar Şəkinin tən ortasından keçib Ağ su dərəsinə qədər irəlilədilər, 1 aya yaxın müddət ərzində "hər kim tapılmış oldu, aman tapmadı və hər kim aşkara çıxdı, aşkarda qalmadı, ziyankarlıq məqsədi ilə tənəkləri "məhv etdilər və digər ağacların bəzisıni kəsdilər və bəzisinin qabığını soydular", lakin Əmir Xəmşanı tuta bilmədilər " və elə ki neçə gün müddət keçib və bu vasitə ilə ləşgərlər üçün azuqə tapa bilmədilər və atlar üçün ağac qabıqlarından qeyri yemək qalmadı, beləcə, dördayaqlılardan çoxu tələf oldu" geri qayıtmağa məcbur oldular.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.