Seyid Şuşinskinin evi

Seyid Şuşinskinin eviŞuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış evi. Seyidli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956) Seyid Şuşinskinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.

Seyid Şuşinskinin evi
39°45′21″ şm. e. 46°45′20″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa şəhəri, General Y.Quliyev küçəsi
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti yararsız vəziyyətdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Seyid Şuşinskinin evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir.[1] Bina XIX əsrin memarlıq abidəsidir. Seyid Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri olub.[2] Seyid Şuşinskinin evi bir mərtəbəli olub, dörd otaqdan ibarət idi.

Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.[3] Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir. Yaşayış evinin qalıqları hazırda general Yaqub Quliyev küçəsində yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.