Seyfulla Əkbərov

Seyfulla ƏkbərovAzərbaycan SSRAzərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru.

Seyfulla Əkbərov
bayraq
Azərbaycan SSR Baş Prokuroru
bayraq2
1951 1963
ƏvvəlkiAdil Babayev
SonrakıQambay Məmmədov
bayraq
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının prokuroru
bayraq2
1951 1959
Əvvəlkiİbadulla Qarəhmədov
SonrakıFətəli Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1914
Vəfat tarixi 1995
Fəaliyyəti siyasətçi

Həyatı

Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib. S.Əkbərov 1976-1980-ci illərdə keçmiş Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, keçmiş Azərbaycan SSR Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilib. 1985-1987-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə S.Əkbərov “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. S.Əkbərov 1995-ci ildə vəfat edib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.