Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938).
Seyfulla Şamilov | |
---|---|
1936 – 1987 | |
Əvvəlki | Məmmədkazım Ələkbərli |
Sonrakı | Rəsul Rza |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 1974 (72 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
|
|
Təltifləri |
Həyatı
Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur[1]. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir.
Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur[2]. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.
Mükafatları
"Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.
Əsərləri
Kitabları
- "Leninin pedaqoji üsulları" (1925)
- "Dördüncü il" (1929)
- "Laçın" (1932)
- "Seçilmiş əsərləri (1974)
- "Nigarın məcarası" (1977)
Mənbə
- Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 37.
İstinadlar
- Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 92. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
- "37-ci ildə Əhməd Cavadı nədə suçlayırdılar?." 2011-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.