Seyfəddin Rüstəmov

Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti.[1][2]

Seyfəddin Rüstəmov
Doğum tarixi
Doğum yeri Qusar, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti iş adamı

Həyatı

Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır.[2] Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.[3]

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.[4]

Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır.[2] 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.[5]

“Metrafaks” 2017-ci ildə Rusiyanın PermMoskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib.[5] O, RusiyadaAvropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.[2]

“Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır.[2] Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.[5]

İstinadlar

  1. "Rusiya milyarderləri siyahısında beş azərbaycanlı". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. "Сейфеддин Рустамов". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. "Energetika və kimya sənayesi sahəsində peşəkarı". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  4. ""Metafraks" şirkətinin sahibi". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  5. ""Metafraks" şirkətinin sahibi". 2019-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.