Sevinc Səfərova

Sevinc Səfərova (Bakı) — "ENES.F production"un və "Şərq ulduzları" teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar[1], dramaturq.

Sevinc Səfərova
Doğum yeri

Həyatı

Sevinc Fikrət qızı Səfərova Bakı şəhərində anadan olmuşdur. Atası mühəndis, anası həkim olub.

2009-cu ildə canlı ifa edən ansambldan ibarət olan "Xəzər" qrupunu yaradıb. Bu qrupda 17-27 yaş arasında olan istedadlı gənclər toplaşıb.

Sevinc Səfərova hazırda "ENES.F production" şirkətinin rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bugünədək bir çox layihələrə imza atıb.

Sevinc Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu" layihəsini həyata keçirmişdir[1].

Filmoqrafiya

"Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?", "Burulğan"[2] filmlərinin həm rejissoru və həm də ssenari müəllifidir[1]. Sevinc Səfərova “Şərq ulduzu” məktəblərinin rəhbəridir.

Azad Azərbaycan Televiziyasında yayımlanmış olan “Azərbaycan mədəniyyəti”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Portet” kimi verilişlərin ssenaristi olub. Eyni zamanda İctimai Televiziyasında bir çox verilişlərin ssenaristi kimi çalışıb. 2010-cu ildə ANS –də yayımlanan “Həyat naminə”, “Tibbi yardım”, “Vidadi qəzəl gecəsi” kimi verilişlərin layihə rəhbəri və ssenaristi olub. “İki iz”, “Kölgə”, “Sən olmasaydin”(trilogiya), “7 nömrəli mənzil”, “Ağla” kimi əsərlərin müəllifidir.

2018-ci ildə Kaliforniya Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri olub. 2020-ci ildə "Yeddi nömrəli mənzil" adlı bədii film çəkib.

Sevinc Səfərova “Ruhun səsi”, “Qatil ilə görüş”, “Burulğan” filmlərində baş rolları canlandırıb. O, sözügedən filmlərin ssenaristi və rejissorudur. Eyni zamanda bir çox reklam çarxlarının ssenaristliyini və rejissorluğunu da edib.

Romanı

Sevinc Səfərova böyük marağa səbəb olan "Günah" romanının müəllifidir[3]. Onun bu romanı oxuculara 2016-cı ildə təqdim olunmuşdur[4]. O, bu romana görə "Zəka isığında" milli dəyərlərin təbliğinə yardım ictimai birliyi tərəfindən "Milli Zəka" diplomu ilə təltif edilmişdir[5].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.