Sevilay Çelenk Özen

Sevilay Çelenk Özen (1977, Elazığ ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Sevilay Çelenk Özen
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cüildən
Seçki dairəsi2023Diyarbəkir
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, akademik[d], siyasətçi

Həyatı

Sevilay Çelenk Özen 1967-ci ildə Elazığ ilinin Maden ilçəsində anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistrPhD dərəcələri alıb.[1]

1995-1997-ci illərdə Ankara Universitetində müəllim olaraq çalışıb.[1] 6 yanvar 2016-cı ildə Sülh naminə müəllimlərin bəyannaməsinə imza atan 1128 müəllimdən biri olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib. Səbəb olaraq KK/KCK silahlı terror qrupunun təbliğatını apardığı iddiası göstərilib. 2019-cu ildə bəraət alıb, amma Fövqəladə Hallar Komissiyasının qərarı ilə vəzifəsinə bərpa olunmayıb.

Radio və Televiziya Ali Şurası (RTÜK) və TRT-də aparılan araşdırmalarda şərhçi və məsləhətçi olaraq çalışıb. Bianet, Gazete DuvarMedyascope nəşrlərində məqalələri dərc olunub. HDP Məşvərət Şurasının üzvü olub.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü və NATO Parlament Assambleyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evlidir.[1]

İstinadlar

  1. TBMM. "Sevilay ÇELENK ÖZEN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.