Sevil Xəlilova
Sevil Xəlilova — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar Artisti.
Sevil Xəlilova | |
---|---|
Sevil Rza qızı Xəlilova | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Mükafatları |
Həyatı
Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s.
Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
28 noyabr 2011-ci ildə Bakıda vəfat etmişdir.
Filmoqrafiya
- Atayevlər ailəsi (film, 1978)
- Mehmanxana sahibəsi (film, 1978)
- Ötən ilin son gecəsi (film, 1978)
- Yollar görüşəndə... (film, 1979)
- Kişilər (film, 1979)
- Yad qızı (film, 1990)
- Güllələnmiş heykəllər (film, 2002)
- Biz qayıdacağıq (film, 2007)
Xarici keçidlər
- Aktrisa Sevil Xəlilova 58 yaşında vəfat edib Arxivləşdirilib 2011-12-02 at the Wayback Machine