Sevil Qazıyevanın heykəli

Sevil Qazıyevanın heykəli — Azərbaycan SSR-də ilk qadın mexanizator, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sevil Qazıyevanın şərəfinə ucaldılmış abidə. Ölümündən sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Abidə 1970-ci illərin əvvəllərində ucaldılmışdır. Abidə Rusiya səfirliyinin binasının yanındakı bağda qoyulmuşdur. Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovdur. 2002-ci ilin yayında, bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur. Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır.[1]

Sevil Qazıyevanın heykəli
Ölkə Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar Münəvvər Rzayeva
Memar Ş. Zeynalov
Tikilib 1970

İstinadlar

  1. "Sevil Qazıyevanın heykəli". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.