Sevil Əliyeva
Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti,[1] bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır.
Sevil Əliyeva | |
---|---|
Doğum tarixi | 12 oktyabr 1955 (68 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşaqları | Zərifə Əliyeva, Giraf Əliyev, Azər Əliyev |
Atası | Heydər Əliyev |
Anası | Zərifə Əliyeva |
Təhsili | |
Fəaliyyəti | ictimai xadim |
Həyatı
Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ailəlidir, bir qızı, iki oğlu var.
Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
Təhsili
- 1961–1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır.
- 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir.
- 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.
- 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmişdir. Tarix elmləri namizədidir.
Fəaliyyəti
- 1981–1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur.
- 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.[2]
- 1990-cı illərin birinci yarısından həm də fəal içtimaiyyətçi, müstəqil Azərbaycanda qadın hərəkatının təşkilatçılarından biri kimi fəaliyyət göstərmişdir.
- 1995-ci il iyunun 30-da Azərbaycan Qadınlar Məclisinin sədri olmuşdur. [3]
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin — atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom "Ze qaleri of Sevil" adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun "Əbbe Roud" studiyasında yazılıb.[4]
Xarici keçidlər
İstinadlar
- "Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-19.
- "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
- NE, I cild,, 2005. səh. 188-189
- "Sevil Əliyeva – Prezidentin bacısı, 57 yaşlı şərqşünas, bəstəkar – FOTOLAR". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.