Sevgi Soysal
Sevgi Soysal (türk. Sevgi Soysal 30 sentyabr 1936[2][3][…], İstanbul[1] – 22 noyabr 1976[2], İstanbul) — Türk yazıçısı. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Həmçinin 1970 -ci illərin ən görkəmli üç qadın yazıçısından biri olaraq Sevgi Soysal Füruzan və Ədalət Ağaoğlu ilə adı birlikdə çəkilir.
Sevgi Soysal | |
---|---|
türk. Sevgi Soysal | |
Doğum adı | Sevgi Yenen |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | süd vəzi xərçəngi |
Dəfn yeri | İstanbul, Zəncirliquyu qəbiristanlığı |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Həyat yoldaşları | |
Uşağı | 3[1] |
Təhsili | Göttingen Universiteti |
İxtisası | teatrşünas |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | türk, alman |
İstiqamət | yazıçı, köşə yazarı |
Həyatı
30 sentyabr 1936-cı ildə İstanbulda, türk Mithat Cenen və milliyətcə alman həyat yoldaşı Anneliza Ruppun ailəsində anadan olmuşdur. Anası türk adı Aliyəni özünə ad kimi götürmüşdür.[4] Sevgi bu ailədə altı uşaqdan üçüncüsü idi. O, əvvəlcə Ankarada litseyi bitirmiş, sonra isə Ankara Universitetinə daxil olmuşdur. Lakin müəyyən səbəblərdən ordan məzum olmamışdır. Sevgi Solyu universitet diplomunu yalnız 1960-cı illərin sonunda ala bildi.[5][6][7]
1956-cı ildə Sevgi Soylu şair və tərcüməçi Özdemir Nutku ilə ailə qurdu. Evləndikdən sonra cütlük Almaniyaya köçdü. Almaniyada Sevgi bir il boyunca Göttingen Universitetində arxeologiya və teatr sənəti mövzusunda mühazirələrdə iştirak etdi. Almaniyada Sevgi hamilə qaldı və Türkiyəyə döndü. 1958-ci ildə onun oğlu dünyaya gəldi. Oğlanın adını Korkut qoydular.[6][7]
1960-61-ci illərdə Sevgi Türkitədəki Almaniya səfirliyində mədəniyyət mərkəzində və Ankara Radio radiostansiyasında işləyir.[8] Bu illərdə o, aktrisalıq ilə də məşğul olur. Belə ki, Soysal Haldun Dormenin müəllifi olduğu "Zafer Madalyası" teatr əsərində də rol alır. 1965-ci ildə Sevgi teatrda tanış olduğu rejissor Bəşər Sabunja ilə evlənir.[6]
1971-ci il hərbi çevrilişdən sonra Sevgi solçu təşkilata mənsub olmaqda günahlandırıldı və həbs edildi. Həbsdə olduğu müddətdə, kommunist təbliğində günahlandırılaraq həbs olunan konstitusiya hüquq professoru Mümtaz Soysalla tanış oldu. Mümtaz və Sevgi həbsxanada higaha girdilər. Onların 1973-cü ilin dekabrında Dəfnə, 1975-ci ilin martında isə başqa bir qızları Funda dünyaya gəldi. Tezliklə Sevgi yenidən siyasi ittihamlarla həbs olundu. Səkkiz ay həbsxanada yatmalı oldu. Daha sonra iki ay yarım Adanaya sürgün edildi.[6][7]
Bir müddət sonra Sevgi Soysalın səhhətində problemlər yaranmağa başladı. Həkimlər ona döş xərçəngi diaqnozu qoydular. 1975-ci ildə Soysal əməliyyat olundu. 1976-cı ilin sentyabrında Sevgi ikinci əməliyyat keçirdi. Bundan sonra əri ilə birlikdə müalicə üçün Londona yola düşdü. 22 noyabr 1976-cı ildə Sevgi 40 yaşında İstanbulda vəfat etdi.[6] Sevgi Soysal Zəncirliquyu qəbiristanlığında dəfn edildi.[7]
Yaradıcılığı
1962-ci ildə Sevgi "Tutkulu Perçem" hekayələr toplusunu nəşr etdirdi. Elə həmin il Türkiyə Radio və Televiziya Vəqfi ilə əməkdaşlığa başladı. 1970-ci ildə Sevginin əsərlərindən biri olan "Yürümek" TRT mükafatını aldı, ancaq "ədəbsizliyə görə" qadağan edildi.[7][9] Sevgi evli olduqda, sırasıyla ərlərinin soyadlarından istifadə edirdi. Bu səbəbdən əsərlərinə Sevgi Nutku, Sevgi Sabunja və Sevgi Soysal kimi imza atmışdır.[8]
Bəzi əsərləri
Sevgi Soysalın ən diqqət çəkən əsərləri aşağıdakılardır:[5][7][8]
- Tante Rosa, qısa hekayə (1968)
- Yürümek, qısa hekayə (1970)
- Yenişehirde Bir Öğle Vakti (Yenişehirdə Gecə Yarısı), qısa hekayə (1973), 1974-cü ildə Sevgi bu əsərinə görə Orhan Kamal Mükafatına layiq görülmüşdür.
- Şafak (Qırılan Şəfəq), qısa hekayə (1975)
- Yıldırım Bölge Kadınlar Koğuşu, anı (1976)
- Barış Adlı Çocuk (Barış adlı uşaq), hekayələr toplusu (1976)
- Hoşgeldin Ölüm (Xoş gəldin, Ölüm!), Yarımçıq hekayə.
İstinadlar
- https://www.hurriyet.com.tr/gundem/mumtaz-soysalin-genc-yasta-olen-esi-sevgi-soysal-kimdir-41371340.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Swartz A. Sevgi Soysal // Open Library (ing.). 2007.
- "Sevgi Soysal". 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
- "Sevgi Soysal". Words without Borders. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
- "Sevgi Soysal" (türk). İletişim. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Kısa hayatını telaşla ama dolu dolu yaşadı". Hürriyet (Turkish). 2002-11-16. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-21.
- "Soysal, Sevgi". Republic of Turkey Ministry of Culture and Tourism. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
- Dönmez, Rasim Ösgür; Özmen, Fazilet Ahu. Gendered Identities: Criticizing Patriarchy in Turkey. 2013. 15–16. ISBN 0739175637.
Ədəbiyyat
- Egghardt/Güney (Hrsg.): Frauen in der Türkei, dtv 1988, S. 163
- Priska Furrer: Das erzählerische Werk der türkischen Autorin Sevgi Soysal (1936–1976). Schwarz, Berlin 1992 (Digitalisat)