Sevgi üçbucağı
Sevgi üçbucağı — üç nəfər arasındakı romantik münasibət növüdür. Bu termin həm iki insanın bir-birindən asılı olmayaraq üçüncü şəxsə emosional bağlılıq hiss etdiyi, birincinin ikinciyə (ona biganə olan), ikincinin isə ilk ikisinə laqeyd, üçüncüyə cəlb edildiyi hallara şamil edilir. Bir qayda olaraq, monoqam cəmiyyətdə sevgi üçbucağı münaqişə anlayışı ilə sinonimdir, çünki belə bir vəziyyət ən azı içindəkilərdən biri üçün qəbuledilməzdir. Həmçinin, qarşılıqsız sevgi və qısqanclıq anlayışları çox vaxt sevgi üçbucaqları ilə əlaqələndirilir. Sabit üçbucaqlar, əgər bütün "iştirakçıların" çoxşaxəli inancları varsa, mümkündür.
P.Abelson və R.Şenkin 1994-cü ildə nəşr olunan "İnanclar, Düşüncələr və Qərar Qəbuletmə" (ing. Beliefs, Reasoning, and Decision Making) kitabında yazır: “Romantik sevgi üçbucağı formal olaraq dostluq triadası ilə eyni olsa da, onun əsl mənası tamamilə fərqlidir... Romantik məhəbbət adətən müstəsna münasibət kimi qəbul edilir, dostluq isə belə deyil.”[1] Statistika göstərir ki, Qərb cəmiyyətində “böyüklərin əksəriyyəti istəsələr də, istəməsələr də, sevgi üçbucağına qarışıblar”[2].
İstinadlar
- R. P. Abelson/R. C. Schank, Beliefs, Reasoning, and Decision-Making (1994), p. 223.
- A. Pam/J. Pearson, Splitting Up (1998), p. 149.