Sevda Həsənova
Sevda Həsənova — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru.
Sevda Həsənova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
Azərbaycan Dövlət İncəsənət İnstitutu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Fəaliyyəti | jurnalist |
Həyatı
Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub.
1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1994–2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb.
2006-cı ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub.
2007–2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub.
2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir.
2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub.
2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub.
2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
2014-cü ildən ANS TV-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi olub.
2015-ci ildən ANS TV-nin Baş direktorunun I müavini təyin edilib.
Xarici keçidlər
- Arxivləşdirilib 2013-02-02 at the Wayback Machine