Sesilya Nevil

Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV EduardIII Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır.

Sesilya Nevil
ing. Cecily Neville, Duchess of York
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1415 və ya 1415[1]
Vəfat tarixi 31 may 1495 və ya 1495[1]
Fəaliyyəti Əsilzadəlik, nun[d]
Həyat yoldaşı Yorklu Riçard
Uşaqları Yorklu Anna
IV Eduard
Edmond Plantagenet
Elizabet Plantagenet
Yorklu Marqarit
Corc Plantagenet
III Riçard
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.

Mənbə

  1. A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 331. ISBN 978-1-85743-228-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.