Serqoqala
Serqoqala (avar. Хунзахъ) — Dağıstan Respublikası, Serqoqala rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Serqoqala rayonunun və Serqoqala kənd sovetliyinin mərkəzidir. Serqoqala kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.
Serqoqala | |
---|---|
42°27′15″ şm. e. 47°39′46″ ş. u. | |
Ölkə | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368510 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi yerləşməsi
Kənd Mahaçqaladan 62 km cənubda, Kakaozen çayının vadisində yerləşir.
İqlimi
Serqoqala mülayim kontinental iqlimə malikdir. Xəzər dənizi sahillərinə nisbətdə iqlimi nisbətən sərindir. buna səbəb isə onun daha yüksəkdə yerləşməsidir. Qışı mülayimdir. Qar örtüyünə sahib olur. Yayı isə mülayim isti keçir.
Əhalisi
Monoetnik kənddir. Əhalisinin 99 %darginlərdir[2]
Adı
Serqoqala gürcü əsilli inqilabçı Serqo Orconikidzenin şərəfinə adlandırılmışdır. Delaşar (darg. Дершлахӏяр) isə kəndin keçmiş adı olmuşdur.
Tarixi
Delaşar və Qubden
XIX əsrə qədər Deşlaqar Qubden kəndinin bir hissəsini təşkil edirdi. Qafqaz müharibəsi zamanı Qubdendən Şeyx Şamilin yanına çoxlu sayda köşkün gəlir.
Bu səbəbdən çar hökuməti onların kəndə gəlişləri zamanı təhvil vermələrini istəmişdir. Ancaq qubdenlər bununla razılaşmayırlar. Bu zamana aid Mixail Vorontsovun Çernışevə məktubu vardır. Bu məktubda Qubden xəyanətdə ittiham edilir. Burada Şeyx Şamili dəstəkləyən qubdenlilərdən gedir.
Buna cavab olaraq Qubdenə cəza tətbiq edilir: Delaşarlara məxsus əkin və otlaq sahələri 83-cü Samur piyada alayının balansına verilir. Rus hökuməti bununla Dağıstan xalqlarına istənilən anti-rus hərəkətinə görə cəzasız qalmayacağını göstərmişdir. Onlar dağlılardan hansısa səbəb olmadan alır və torpaqları rus köçkünlərə, məmurlara, hərbiçilərə, onlara sərf edən feodallara verirdi.
1917—1918-ci illərdə, Rusiya Vətəndaş müharibəsi zamanı, Qubdenin kişi əhalisi tamamən ağlar tərəfindən məhv edilir. Nəticədə darginlər hakimliyi ələ keçirmiş və burada kənd salmışlar.
1929-cu ildə kəndin adı Korkmaz qala adlandırılır (Dağıstanlı inqilabçı, dövlət xadimi Cəlaləddin Kormazov). 1937-ci ildə гəKormazoz həbs edilir, bundan sonra kəndin adı Seqro Orconikidzenin şərəfinə adlandırılır[3]
Hərbi məntəqə
1846-cı ildə Deşlaqarda 83-cü Samur Piyada alayının qərargahı quruldu. Burada əsgərlər hərbi xidmət göstərir və dağlıların fəaliyyətini daraldırdılar. Deşlaqar Aya-Kaka dərəsinin çıxışda, mənzərəli bir yerdə yerləşirdi. Burada bir qala, gözətçi qülləsi, anbar, at tövləsi, 1500 nəfərlik əsgər yataqxanası binası, kilsə, polkovnikin dəftərxanası vardı[4].
Tanınmış şəxsiyyətləri
Maqomed Nurbaqanov — Rusiya Federasiyasının Qəhrəmanı.
Xanım Maqomedova — Sosialist Əməyi Qəhrəmanı.
İstinadlar
- GEOnet Names Server. 2018.
- "Итоги переписи 2002 года по Сергокалинскому району". 2015-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "Сергокалинский район". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "ПЕХОТНЫЙ, № 83-ГО САМУРСКИЙ ПОЛК". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.