Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır. İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur.
İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar. Belə istehsalda xüsusi avadanlıqlardan, axın xətlərindən və avromatlaşdırma vsitələridnən istifadə edilir (konveyer, yükləyicilər vəs.). İriseriyalı istehsalda əməliyyat ayrıca mərhələ kimi fəaliyyət göstərməsi üçün elmi əsasla təşkil edilir. Burada hazırlama əməliyyatları kimi məmulun konstruksiya edilməsi, onun ayrı-ayrı hissələri üçün texnoloji proseslərin işlənməsi, alətin və tərtibatın hazırlanması yerinə yetirilir.Öz əlamətinə görə iriseriyalı istehsal kütləvi istehsala yaxınlaşır.
Orta seriyalı istehsalda ixtisaslaşma çox kiçik çeşid üzrə baş verir. İstehsal xətləri və sexlər isə hissə və texnoloji ixtisaslaşmaya malik olurlar. İstehsalın ahzırlığı da həmçinin əsas istehsal prosesindən şaxələnir. Orta seriyalı sitehsala misal üçün dəzgahqayırma, mühərrik istehsalı, qara və əlvan metalların yayılmasını göstərmək olar.
Kiçik seriyalı sitehsal fərdi istehsaldan seriya istehsalına keçid mərhələsini xarakterizə edir. Məmul və ya ayrı-ayrı hissələrin istehsalı təkrar olunmur. Seriya həcmi stabil deyil, işçin həcmi verilən sifariş və müqavilələrdən asılıdır. Buna görə də bir məhsulun hazırlanması tez başa çatır və yeni məhsul üzrə istehsalın yenidən sazlanması baş verir. Kiçik seriyalı istehsala yayma və ərinti məhsullarının istehsalını, sınaq maşınlarının hazırlanmasını və s. aid etmək olar. Kiçik seriyalı istehsal prototip istehsalından fərqlənir.
Mənbə
- Hanen, Georg: Produktionsplanungsprobleme in einem Unternehmen mit Serienfertigung. Regensburg 1981.
- Bernhard Heinen, Peter Dietel, Ekkehard Kupsch, Edmund Kappler: Entscheidungen im Industriebetrieb. Wiesbaden 1991, ISBN 3409331522.