Seringer fəvvarəsi
Seringer fəvvarəsi (alm. Zähringerbrunnen) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Sitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Seringer fəvvarəsi | |
---|---|
Zähringerbrunnen | |
| |
46°56′53″ şm. e. 7°26′57″ ş. u. | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1535 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir[2]. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır.
Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq[3], sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi — qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub[2][4].
İstinadlar
- "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
- Hofer, Paul. Die Kunstdenkmäler des Kantons Bern, Band 1: Die Stadt Bern. Basel: Gesellschaft für Schweizerische Kunstgeschichte. 1952. 284. 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
- Hofer pg. 286–7
- Hofer pg. 285
Xarici keçidlər
- Infos zum Zähringerbrunnen Arxivləşdirilib 2009-05-17 at the Wayback Machine auf g26.ch
- Kapitel Zähringerbrunnen Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine in Band 1 der Kunstdenkmäler des Kantons Bern