Sergey Yakuşev

Sergey İliç Yakuşev (rus. Сергей Ильич Якушев; 12 (25) sentyabr 1910, Həştərxan30 aprel 1995, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR (1959) və Tacikistan SSR (1945) xalq artisti, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı.

Sergey Yakuşev
rus. Сергей Ильич Якушев
Doğum tarixi 12 (25) sentyabr 1910
Doğum yeri
Vəfat tarixi 30 aprel 1995(1995-04-30) (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1931-ci ildən
Teatr
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1959
"Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni  — 1980 "Şərəf nişanı" ordeni

Həyatı

Sergey Yakuşev 12 sentyabr (25 sentyabr) 1910-cu ildə Həştərxanda fəhlə ailəsində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1931-ci ildə Moskva "Lensovet" teatrında başlamış, 1933-cü ildə Dövlət Teatr Sənəti İnstitutunu (GİTİS) bitirmişdir.[1][2] 1934–1935-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1936–1948-ci illərdə Leninqrad, Stalinabad, İrkutsk teatrlarında fəaliyyət göstərmişdir.[3] 1948-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor, 1959–1968-ci illərdə direktor, 1968-ci ildən isə yenidən aktyor işləmişdir.[4]

Sergey Yakuşev 1942-ci ildən Sov. İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də xalq maarifi, elm və mədəniyyət komissiyasının üzvü seçilmişdir.[5]

Sergey Yakuşev 30 aprel 1995-ci ildə Bakıda vəfat etmişdir.[6]

Təltif və mükafatları

İfa etdiyi əsas rollar

RolTamaşaMüəllif
Əli bəyVaqifSəməd Vurğun
KirovŞərqin səhəriƏnvər Məmmədxanlı
LeninKreml saatıNikolay Poqodin
LeninÜçüncü patetikNikolay Poqodin
LeninAltı iyulMixail Şatrov
RepetilovAğıldan bəlaAleksandr Qriboyedov
RasplüyevTarelkinin ölümüAleksandr Suxovo-Kobılin
ProtasovCanlı meyitLev Tolstoy
OptimistenkoHamamVladimir Mayakovski
Seryoginİrkutsk əhvalatıAleksey Arbuzov
KarandışevCehizsiz qızAleksandr Ostrovski
İvan Vasilyeviçİvan VasilyeviçMixail Bulqakov
Arkadi KirsanovAtalar və oğullarİvan Turgenev
Toni LamkinSəhvlər axşamıOliver Qoldsmit
LukaHəyatın dibindəMaksim Qorki
MixailZıkovlarMaksim Qorki
KreonAntiqonaJan Anuy
KuritsınDirektorSamuil Alyoşin
MoskatelMəhəbbət zarafat sevmirPedro Kalderon
HərbçiKuraj ana və övladlarıBertolt Brext

Filmoqrafiya

İstinadlar

  1. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. стб. 1094–1095. 38 000 экз.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 57.
  3. Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. сәһ. 151.
  4. Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1968. сәһ. 189.
  5. Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. сәһ. 180.
  6. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 181–182. ISBN 978-9952-8306-3-7.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.