Sergey Namyotkin
Sergey Semyonoviç Namyotkin (1876-1950) — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939), iki dəfə "Stalin" mükafatı laureatı (1943, 1949).
Sergey Namyotkin | |
---|---|
Сергей Семенович Наметкин | |
| |
Doğum tarixi | |
Doğum yeri |
Kazan, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1916) |
Elmi adları | professor (1932), akademik (1939) |
İş yerləri | Moskva Universiteti, MAQK 2-ci MDU, SSRİ EA. |
Alma-mater | Moskva Universiteti |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1892-ci ildə İkinci Moskva proqimnaziyasını, 1896-ci ildə isə Birinci Moskva kişilər qimnaziyasını bitirmişdir. 1896-1902 illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almış və orada işləmişdir (1911 ilədək). Professor N.D.Zelinskinin tələbəsi olmuşdur. Eləcə də 1910-cu ildən Moskva Ali qadınlar kurslarında (MAQK) üzvi kimya kafedrasında müəllimlik edib. 1911-ci ildə Peterburq Universitetində magistr dissertasiyasını müdafiə edib və 1912-ci ildə MAQK-ın üzvi kimya kafedrasının professoru seçilib. 1916-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Namyotkin fizika-riyaziyyat fakültəsinin dekanı olub (1914-1918 illərdə) .
İkinci MDU və MZKTİ
İnqilabdan sonra S.S.Namyotkin MAQK-da, dəyişdirilərək 2-ci Moskva Dövlət Universiteti olmuş (1918 ildə), işini davam etmişdir. Burada,o, professor, üzvi kimya kafedrasının müdiri (1918-1930), il ərzində fizika- riyaziyyat fakültəsini dekanı (1918-1919), 1919-1924-cü illərdə isə rektor vəzifəsində çalışmışdır və universitetin normal iş fəaliyyətinin bərpası məsələlərini həll edirdi. 1921-ci ildə 2-ci MDU daxilində Moskvada ilk olaraq pedaqoji fakültə açılmlşdır. 2-ci MDU bir hissısinin MZKTİ (1932-ci ildə) qurulmasından sonra burada professor, üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir (1938 ilədək).
XTAŞ nəzdində DTNİ
1925-ci ildə Dövlət Tədqiqat Neft istitutu yaradılmlşdır. Namyotkin burada SSRİ-də neft və qazların, parafin və serezinlərin kimyəvi tərkibinin tədqiqatı ilə məşğul olan kimya və texnologiya şöbəsinə rəhbərlik edirdi. 1926-1934-cü illərdə institunun direktor müavini olmuşdur.
Dağ-Mədən Akademiyası
1927-ci ildə Namyotkin özünün təşkil etdiyi Moskva Dağ-mədən akademiyasının neft fakültəsinin üzvi-kimya və neft kimyası kafedrasına rəhbərlik etdi. Burada o, ilk dəfə neft kimyası kursunun tədrisinə başladı.
SSRİ Elmlər Akademiyası
1934-cü ildə DTNİ yeni yaradılmlş SSRİ EA Yanıcı qazıntılar institunun bir hissəsi oldu. Burada S.S.Namyotkin ömrünün sonunadək rəhbərlik etdiyi neft kimyası laboratoriyasını təşkil edir (1939-1947-ci illərdə YQİ direktoru olub). İşləri Böyük Vətən müharibəsi illərində, institunun Kazanda evakuasiya vaxtında da davam edirdi. Laboratoriya yeni növ yanacaq-sürtkü materiallarını hazırlayırdı. Müharibə ilərində, o, SSRİ EA Başqır ekspedisiyasının neft bölməsinə rəhbərlik edirdi. İşimbay neftayırma zavodunun qurğusunda tətbiq edilən kükürdlü neftdən sürtkü yağlarının alınma üsulunu təskil etmişdir. 1947-ci ildə labotayoriya SSRİ EA Neft institutuna köçürülmüşdür. 1948-1950 ilədək Namyotkin SSRİ EA Neft institutunun direktoru idi.
İctimai fəaliyyət
S.S.Namyotkin Moskva Təbiətşünaslar cəmiyyətinin üzvü idi. 1932-ci ildə D.İ.Mendeleyev adına ümumittifaq kimya cəmiyyətinin rəhbəri oldu. "Ümumi kimya jurnalı" redaksiya kolleqiyasının üzvü idi.
Elmi fəaliyyət
Namyotkinin əsas elmi maraq dairəsi-neft kimyası-hələ tələbəlik illərində onun qafqaz neftinin öyrənilməsinə həsr olunan diplom işidir (1920 il). 1910-1920-ci illərdə efir yağlarının tərkibinə daxil olan terpenləri tədqiq edir. Kamfen reaksiyalarının öyrənilməsi yeni struktur qruplaşdırılması açılışına gətirib çıxarır və "Namyotkinin qruplaşdırılması" adlanır (1925 il). 1910-1920-ci illərin əvvəlinədək üzvü kimyanın ümumi teoretik problemləri ilə məşğul olur, ancaq 20-ci illərin ortalarından onu neft kimyası ilə əlaqəli elmi və praktiki suallar maraqlandırır. O, neftin və qazın tərkibi və xüsusiyyətinin tədqiqi ilə, parafinin spirtlərə və aldehidlərə turşulanması və neft-kimya sintezi problemlərinin həlli ilə məşğul olur. O, eləcədə inkişafı artılan və qoxucu maddələrin sintezi sahəsində işlər aparırdı.
Mükafatlar,təltiflər
-"Azot turşusunun həddli karbonhidrogenlərə təsiri" işinə görə A.M.Butlerov adına kiçik mükafat laureatı (1910 il)
-Elm və texnika sahəsində uzun illər apardığı işə görə birinci dərəcəli Stalin mükafatı (1943 il)
-Qoxucu maddələrin sintezinin yeni üsulunun işlənməsi və istehsala buraxılmasına görə ikinci dərəcəli Stalin mükafatı (1949 il)
-Lenin ordeni ( 2 iyul 1946 il)
-Üç "Qırmızı əmək bayrağı" ordeni (1940, 1944, 1945 il)
-"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı (1946 il)
-RSFSR Əməkdar elm və texnika xadimi (1947 il)
Ailə
O, Lidiya Nikolayevna Lyapunova (Namyotkina) ilə evli idi. Bu evlilikdən iki uşağı doğulnuşdur. 1924-cü ildə L.N.Namyotkina vəfat edir. 1927-ci ildə, o, Yelena Vasilyevna Lyapunova ilə evlənir.Birinci evlilikdən olan oğlu-Nikolay Sergeyeviç Namyotkin (1916-1984) atası kimi, özünə kimyaçı sənətini seçmişdir. Ögey oğlu-Aleksey Andreyeviç Lyapunov (1911- 1973)-tanınmış riyaziyyatçı və kibernetikanın qurucularından biridir.
Memorial
S.S.Namyotkin 5 avqust 1950-ci ildə vəfat edib. Onun adını Moskvada (1965) və Kazanda küçələr daşıyır. 1995-ci ildən İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetində S.S.Namyotkin adına stipendiya mövcuddur. A.B.Topçiyev adına REA Neft-kimya sintezi institutunda akademik S.S.Namyotkin adına memorial kabinet mövcuddur.