Sergey Məlikov
Sergey Alimoviç Məlikov (12 sentyabr 1965 -ci il təvəllüdlü, Orexovo-Zuyevo, Moskva vilayəti, RSFSR, SSRİ) — Rusiya dövlət və hərbi lideri. 5 oktyabr 2020-ci il tarixindən Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsini icra edir. 9 iyun 2021-ci ildən Vahid Rusiya Partiyasının Dağıstan regional təşkilatının katibidir.[1][2]
Sergey Məlikov | |
---|---|
Sergey Alimoviç Məlikov | |
Vəzifədədir | |
5 oktyabr 2020-ci ildən | |
Prezident | Vladimir Putin |
Əvvəlki | Vladimr Vasilyev |
Vahid Rusiya partiyasının Dağıstan regional təşkilatının katibi | |
Vəzifədədir | |
9 iyun 2021-ci ildən | |
Əvvəlki | Xızrı Şıxsəidov |
Rusiya Federasiyasının senatoru — Stavropol diyarının icra hakimiyyətinin nümayəndəsi | |
27 sentyabr 2019 – 5 oktyabr 2020 | |
Əvvəlki | Mixail Afanasov |
Sonrakı | Mixail Afanasov |
Rusiya Federasiyası Milli Qvardiyası Federal Xidməti Müdirinin birinci müavini — Rusiya Federasiyası Milli Qvardiyasının Baş Komandanı | |
28 iyul 2016 – 27 sentyabr 2019 | |
Sonrakı | Viktor Striqunov |
Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi | |
12 may 2014 – 28 iyul 2016 | |
Prezident | Vladimir Putin |
Əvvəlki | Aleksandr Xloponin |
Sonrakı | Oleq Beloventsev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 sentyabr 1965 (58 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Dini | Rus Pravoslav Kilsəsi |
Hərbi xidmət | |
Xidmət illəri | 1986—2014, 2016—2019 |
Mənsubiyyəti |
SSRİ Rusiya |
Qoşun növü | Rusiya Silahlı Qüvvələri |
Döyüşlər | Birinci Çeçenistan müharibəsi |
Rütbəsi |
general-polkovnik (Rusiya) 1-ci dərəcəli Rusiya Federasiyası Dövlət müşaviri vəzifəsi |
glava.e-dag.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya Federasiyasının senatoru - 27 sentyabr 2019-cu ildən 5 oktyabr 2020-ci ilədək Stavropol diyarı icra hakimiyyətinin nümayəndəsi olmuşdur.[3] 28 iyul 2016-cı ildən 27 sentyabr 2019-cu ilədək Rusiya Federasiyası Milli Qvardiyası Federal Xidməti Komandanının birinci müavini, Rusiya Milli Qvardiyasının Baş Komandanı, 12 may 2014-cü ildən 28 iyul 2016-cı ilədək Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi.
Sergey Məlikov 2016-cı ildə general-polkovnik rütbəsi almışdır.[4][5]
Həyatı
Sergey Məlikov 12 sentyabr 1965-ci ildə Moskva yaxınlığındakı Orexovo-Zuyevo şəhərində daxili qoşunların hərbçisinin ailəsində anadan olmuşdur.[4][6]
Təhsili
1986-cı ildə F.E.Dzerjinski adına Saratov Ali Hərbi Qırmızı Bayraqlı Daxili Qoşunlar Məktəbini kəşfiyyat ixtisası üzrə bitirib.
1994-cü ildə Frunze Hərbi Akademiyasının Sərhəd və Daxili Qoşunlar fakültəsini bitirib.[4]
Təhsilini bitirdikdən sonra Sergey Məlikov Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz Dairəsinə təyinat almışdır.
Məlikov 2011-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
Daxili qoşunlarda hərbi xidmət
1986-cı ildə Daxili Qoşunlar Məktəbini bitirdikdən sonra Daxili Qoşunlarda xidmətə qəbul edilmişdir. SSRİ Daxili İşlər Nazirliyinin Ukrayna və Moldova İdarələrinin briqadasında hərbi xidmət zabiti təyin edilmişdir. Lvovda, Odessada xidmət etmiş və o dövrdə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur.[4]
1994-1995-ci illərdə alay qərargah rəisinin birinci köməkçisi, sonra əməliyyat bölməsinin tabor komandiri vəzifələrini tutmuşdur.
1995-ci ildən - qərargahın kəşfiyyat şöbəsinin hərbi kəşfiyyat bölməsinin baş zabiti olmuşdur.
1996-cı ildən - qərargah rəisi, əməliyyat bölməsinin əməliyyat alayının komandir müavini (1996-1997) vəzifəsində çalışmışdır.
1994-1996-cı illərdə Birinci çeçen müharibəsində iştirak etmişdir.[4]
1996-cı ildən bəri tünd qırmızı beret taxmaq hüququna malikdir.[7]
1997-ci ildə komandirin müavini, 1998-ci ildə - Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməliyyat bölməsinin 2-ci alayının komandiri təyin edilmişdir.
2001-ci ilin martında diviziya komandiri müavini vəzifəsinə yüksəlmiş, 2002-ci ilin iyununda komandir təyin olunmuşdur.[4]
2008-ci ilin aprelində Məlikov Baş qərargah rəisi - Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Mərkəzi Regional Komandanlığının birinci müavini təyin edilmişdir.
2011-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Həmin ilin 31 avqustunda Rusiya prezidentinin fərmanı ilə Birləşmiş Qüvvələr Birliyinin (qüvvələrinin) komandanı təyin edilib. Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsində antiterror əməliyyatları apardığına görə - Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz Qafqaz Regional Komandanlığının birinci müavini vəzifəsini daşımışdır.[8]
8 may 2014-cü ildə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Həmin vaxt qərargahın rəhbəri general-polkovnik Sergey Buni idi.[4]
Milli Qvardiyada xidmət
Rusiya Federasiyası Prezidentinin 26 Avqust 2016-cı il tarixli 434 nömrəli Fərmanı ilə Məlikova "general-polkovnik" hərbi rütbəsi verildi.[4][5]
2016-cı ilin iyul ayında Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidməti Komandanının birinci müavini-Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı təyin edildi.[4]
2019-cu ilin iyun ayında, Rusiya Federasiyası Milli Qvardiyası Federal Xidməti Komandanının birinci müavini vəzifəsindən istefa verdi.[9]
Mülki xidmətdə
12 may 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin edildi.[10][11][12]
12 may 2014-cü ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasına daxil edildi[4] və prezidentin 12 iyun tarixli fərmanı ilə 12 may 2014-cü ildə hərbi xidmətdən general-leytenant rütbəsi ilə tərxis olundu.[4][13]
Məlikov Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri rütbəsinə layiq görülmüşdür.[4]
28 iyul 2016-cı ildə Prezidentin Şimali Qafqaz Federal Dairəsindəki Səlahiyyətli Nümayəndəsi vəzifəsindən azad edilərək Rusiya Federasiyası Milli Qvardiyası Federal Xidməti Müdirinin birinci müavini-Milli Qvardiyanın Baş Komandanı təyin edildi.[4][14] Prezidentin 12 avqust 2016-cı il tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldı.[15]
2017-ci ildə RBC telekanalı Sergey Məlikovun Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsinə namizədliyinin nəzərdən keçirildiyini bildirdi.[16]
27 sentyabr 2019-cu ildə Stavropol Bölgəsinin Qubernatoru Vladimir Vladimirov, Sergey Məlikovu Stavropol Ərazisindən Federasiya Şurasının senatoru təyin etdi.[17] 5 oktyabr 2020-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi.
Rusiya Qəhrəmanı general-polkovnik Anatoli Aleksandroviç Romanov Fondunun Qəyyumlar Şurasının üzvüdur.[4]
Dağıstan Respublikasının Dövlət Başçısı vəzifəsinin müvəqqəti icracısı
Sergey Məlikov 5 oktyabr 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Dağıstan Respublikasının Dövlət Başçısı səlahiyyətlərinin müvəqqəti içraçısı təyin edilmişdir.
Tənqidi
Bir sıra Rusiya KİV-ləri 2021-ci ilin fevral ayında Məlikovun, "Spetsşveisnab" MMC-dən Milli Qvardiya üçün forma tikmək üçün dövlət sifarişi alarkən korrupsiyada şübhəli bilinən çoxdankı həmkarı general-leytenant Sergey Mileykonu himayə etdiyini, sifarişlərin rəqiblərindən 2-3 qat baha qiymətə alındığını yazırdılar. Dövlətə dəymiş ziyanın təxminən 1 milyard rubl olduğu təxmin edilirdi. 2019-cu ildə Milli Qvardiya rəhbərliyinin müvafiq rəsmi yoxlamasından sonra Sergey Mileyko vəzifəsini tərk etmişdi.[18][19][20][21]
2015-ci ildə "Yeni Arbat" premium sinif yaşayış kompleksində dəyəri 100 milyon rubldan çox olan bir mənzil Məlikovun həyat yoldaşının adına qeydiyyata alınmışdı. Nə Melikov, nə də həyat yoldaşı heç bir biznesə malik deyillər, ümumilikdə 10 il ərzində ailənin ümumi gəliri Marinoda satdıqları iki mənzilin 33 milyon qiyməti ilə 66 milyon 600 min rubl təşkil etmişdi. Eyni zamanda Marinoda mənzillər "Yeni Arbat"da satın almadan 9 ay sonra satılmışdı. Bu zaman Məlikov Şimali Qafqaz Federal Dairəsində Prezidentin Səlahiyyətli nümayəndəsi olaraq çalışırdı. Media, daşınmaz əmlakın əldə edilməsini Məlikovun Şimali Qafqazdakı gizli alkoqol biznesinin maraqları və ya Dağıstanda təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizə aparan klanlardan birinin maraqlarının lobbiçiliyi ilə əlaqələndirdi.[21][22][23]
2021-ci ilin martında federal media, Sergey Məlikovun siyasi sabitliyini orta dərəcədə qiymətləndirdi və əhəmiyyətli elit konfliktlərə qarışmaması səbəbindən güclü mövqe tutduğunu qeyd etdi.[24]
2017-ci ildə Ufada Sergey Məlikovun atasının Alim Nur-Maqomedoviç Melikovun adı şəhər küçələrindən birinə verildi. Çünki, Alim Nur-Maqomedoviç Melikov 1970-1973-cü illərdə şəhərdəki hərbi hissələrin birində xidmət etmişdi. Lakin 2021-ci ildə küçənin adı dəyişdirildi.[25][26][27]
Bir çox siyasi müşahidəçilər bütövlükdə Sergey Məlikovun Dağıstan rəhbəri kimi fəaliyyətinə müsbət qiymət verir. Eyni zamanda, müxtəlif media və telegram kanallarında bölgənin hazırkı rəhbərinə qarşı "sifarişli məlumat savaşı" aparıldığını vurğulayırlar.[28][29]
Şəxsi həyatı
- Atası - Alim Nur-Maqomedoviç Melikov (1932-2012), istefada olan polkovnik, SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlar briqadasının komandiri vəzifəsində çalışmışdır.[4] Milliyyətcə ləzgidir.
- Anası - Tatyana Nikolayevna müəllimədir. Milliyyətcə rusdur.
- Böyük qardaşı - ehtiyatda olan general-mayor Mixail Alimoviç Melikov (2 fevral 1958 -ci il təvəllüdlü), Leninqrad ümumikomandanlıq məktəbini bitirib, Hərbi Hava Qüvvələrində tabor komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına keçirilmişdir. Yaroslavldakı Daxili Qoşunlar alayına komandanlıq edib. 1998-1999-cu illərdə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əməliyyat Diviziyasının 1-ci Əməliyyat Alayının komandiri, 1999-2001-ci illərdə Daxili Qoşunların 1-ci Vityaz Xüsusi Təyinatlı Alayının komandiri olub. Rusiya Daxili İşlər Nazirliyi, xüsusi təyinatlılar veteranları ictimai təşkilatının sədri, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (Novoçerkassk) 100-cü əməliyyat bölməsinə komandanlıq edib.
- Həyat yoldaşı - Qalina Anatolyevna Məlikova, hərbi həkim.[4]
- Oğlu - Mixail Məlikov 2018 -ci ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin Hərbi Universitetində təhsil alır.
- Oğulluğu - Dmitri Aleksandroviç Serkov (1981-2007), 1 -ci Qırmızı Bayraqlı Xüsusi Təyinatlı Qüvvələrdə "Vityaz" da xidmət etmişdir, bölmənin 1-ci qrupunun 1-ci tağımının hücum qrupunun komandiri idi; 2 avqust 2007-ci ildə Dağıstanda döyüş tapşırığı zamanı həlak olmuşdur. 2007-ci ilin dekabrında ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.[4]
Mükafatları və təltifləri
- 1 -ci dərəcəli Rusiya Federasiyası Dövlət müşaviri (2014).
- IV dərəcə "Vətənə xidmətə görə" orden qılınc təsviri ilə[4][6][7]
- "Aleksandr Nevski" ordeni[7]
- Hərbi Şərəf Nişanı[4][6]
- "Şərəf" ordeni[4][6]
- Tünd qırmızı beret taxmaq hüququna malikdir (Rusiya);
- Əhməd Kadırov adına orden (2014) - dövlətçiliyin inkişafındakı xidmətlərinə, Vətən maraqlarının qorunmasına, Çeçenistan Respublikası ərazisində asayişin qorunmasına böyük töhfələrə görə[30]
- Dağıstan Respublikası Şərəf Nişanı (2017)[31]
- müxtəlif medallar.[4][6]
İstinadlar
- "Сергей Меликов назначен врио Главы Республики Дагестан". Президент России (rus). 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
- "Врио главы Дагестана избрали секретарем регионального отделения "Единой России"". ТАСС. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- "Меликов Сергей Алимович" (rus). Совет Федерации Федерального Собрания Российской Федерации. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-27.
- ТАСС-ДОСЬЕ. "Биография Сергея Меликова. Досье". Биографии и справки. ru:ТАСС. 2016-07-28. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Указ Президента Российской Федерации от 26.08.2016 г. № 434 «О присвоении воинского звания Меликову С.А.»". ru:kremlin.ru. Сайт Президента России. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Биография Сергея Меликова". Справки. ru:РИА Новости. 2016-07-28. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Меликов Сергей Алимович". Официальный сайт Федеральной службы войск национальной гвардии Российской Федерации. 2017-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Биографическая справка и интервью генерала С. Меликова. // «На боевом посту» (журнал ВВ МВД). — 2011. — № 12. — С.4" (PDF). 2021-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-07.
- "Росгвардия умерила тыл. Ведомство Виктора Золотова собрались покинуть его первый заместитель и куратор тыловых вопросов / Коммерсантъ, 1 июля 2019". 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Указ Президента Российской Федерации от 12.05.2014 г. № 326 «О полномочном представителе Президента Российской Федерации в Северо-Кавказском федеральном округе»". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Указ Президента Российской Федерации от 12.05.2014 г. № 326 «О полномочном представителе Президента Российской Федерации в Северо-Кавказском федеральном округе»". ru:kremlin.ru. Сайт Президента России. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- Чем известны новые полпреды президента // Коммерсантъ (газета). № 79 (5352). 13 мая 2014. 2.
- "Указ Президента Российской Федерации от 12.06.2014 г. № 420 О «Меликове С.А.»". ru:kremlin.ru. Сайт Президента России. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Указ Президента Российской Федерации от 28.07.2016 г. № 372 «О Меликове С. А.»". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Указ Президента Российской Федерации от 12.08.2016 г. № 408 «О внесении изменений в состав Совета Безопасности Российской Федерации, утвержденный Указом Президента Российской Федерации от 25 мая 2012 г. № 715»". ru:kremlin.ru. Сайт Президента России. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Замглавы Росгвардии стал основным кандидатом на пост главы Дагестана". 2020-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Сенатором от Ставрополья назначен Сергей Меликов". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Расследование коррупции в Росгвардии дошло до Сергея Меликова?". 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Генералам Росгвардии готовят посадки и отставки". 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Генерала Росгвардии забрили на дело". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Генерал в лабиринте коррупции. «Южный клан» возвращается на Северный Кавказ?". 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Криминальная квартира генерала Сергея Меликова". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Врио главы Дагестана Сергей Меликов может лишиться квадратных метров и доверия". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
- "Эксперты оценили вероятность отставки глав трех регионов России". РИА Новости (rus). 20210316T0129. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- ria. "В Уфе появилась улица, носящая имя отца Сергея Меликова". Новости Дагестана (rus). 2017-06-12. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- Новости Mail.ru. "В Уфе улицу полковника Меликова переименовали в Миловскую". Новости Mail.ru (rus). 2021-04-07. 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- "Журналист из Уфы прокомментировала информацию о «не утихающем скандале» вокруг переименования улицы в честь Алима Меликова". Молодежь Дагестана (rus). 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- "Полугодие Меликова. Эксперты оценили деятельность главы Дагестана за шесть месяцев". Молодежь Дагестана (rus). 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- "Политолог Эдуард Уразаев: «Поездка Сергея Меликова демонстрирует намерение активно реализовать намеченные программы»". Информационный портал РИА "Дагестан". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
- "Глава Чечни вручил Меликову орден Кадырова". Кавполит. 2014-09-28. 2018-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
- АиФ-Дагестан. "Сергей Меликов награжден орденом «За заслуги перед Республикой Дагестан»". ru:Аргументы и факты. 2017-02-16. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
Xarici keçidlər
- "Меликов Сергей Алимович". Официальный сайт Федеральной службы войск национальной гвардии Российской Федерации. 2017-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "Меликов Сергей Алимович". Совет Федерации. İstifadə tarixi: 2019-10-01.